Müalicə haqqında

Dünya praktikasında vaginizmin müalicəsi Kegel çalışmaları, nəfəs çalışmaları, ayna çalışmaları, relax çalışmaları, barmaq çalışmaları, vaginal massajla həyata keçirilir. Bundan başqa 8-12 seans davam edən hər seans arasında 7-10 gün fasilələrlə çağırılan vaginizm pasientlərə ev tapşırıqları verilir və qadınlar evə verilən bu çalışmaları ərləri ilə birlikdə etmələri tövsiyə olunur.
8-12 seans 2-3 ay müddətdir. Və bu müddət ərzində verilən tapşırıqları ər-arvadın birlikdə eyni enerjiylə etməsi çox nadir olur. Bu qədər uzun və sıxıcı müalicəni 2-3 ay müddətində hər gün etmək böyük əzm tələb edir. 

Bizim həyata keçirdiyimiz bu üsulda isə müalicə çox qısa müddətdə tamamlanır və effekti bir ömür boyu davam edir. Belə ki , biz VAGİNİZMİN MÜASİR MÜALİCƏSİNDƏ 3 seansa möhtəşəm nəticəni əldə edirik. Seanslar arasında fasilə olmur . Vaginizmin Müasir Müalicəsində hipnoterapiya, neyro lingvistik proqramlama , bilişsəl və davranışsal uygulamalar həyata keçirilir.