Hami̇lələrə Vaci̇b Məlumatlar

Hamiləlik və doğum zamanı bədən çəkisi 9-15 kg artması normal sayılır. Daha artıq çəki anada və körpəsində xoşagəlməz nəticələr verə bilər.

Buna görə də boğuma həm psixoloji, həm də fiziki cəhətdən hazırlıqlı olmaq (bəzi idman hərəkətləri və düzgün qidalanma)lazımdır.

Hamiləlik müddətində ettdiyiniz idman hərəkətləri və düzgün qidalanma doğumdan sonra normal çəkinizə qayıtmağınıza kömək olacaqdır.

Hamiləlik zamanı bəzi idman hərəkətlərinə hamiləliyin 5-6-ıncı aylarında başlamaq lazımdır. Əgər həkiminiz lazım bilsə daha tez də başlamaq olar.

Relaks edici idman hərəkətlərinin həm hamiləlikdə, həm də doğum mərhələsində faydaları vardır. Belə ki, hamiləlikdə ciftə gedən qan axınını yaxşılaşdırır, doğumda isə stresi aradan qaldırır., hamilə qadının ağrıları toparlamasında çox kömək edir.

İdman hərəkətləri hər gün edilməlidir, gündə 3-5 dəqiqədən başlayaraq yavaş yavaş 15-20 dəqiqəyə çatdırılmalıdır., idman edərkə kobud davranışlara və kəskin hərəkətlərə yol verilməməlidir.

İdman hərəkətlərinin edilməsi doğumu ağrısızlaşdırmır, qorxusuz və daha rahat doğumu təmin edir. Belə ki, hamilə qadın düzgün nəfəs almaqla sancıların çoxalması dövründə durumu daha rahat toparlaya bilir və səbrlə ağrının azalmasını gözləyərək daha bilincli şəkildə idarə edə bilir.

LAZER EPİLYASİYASI
Lazer, rentgen şüalarından fərqli bir şüadır və toxuma içərisində irəliləyə bilmir. Tük epilyasiyasında lazer yalnız tükü görür və tük dibi soğanağna qədər gedə bilir, bu isə dəri qatında olan bir prosesdir. Lazer şüası dərini keçə bilmir və əlbətdə ki, daha çox uzaqlarda olan uşaqlığa, onun içərisində qoruma təbəqələri ilə qorunan dölə isə heç gedib çatmır.
Bəzi lazerlə icra olunan yandırma prosedurlarında da lazer yenə də təxminən dəridə (millimetrələrlə dərinlikdə) aparılır və lazer şüalarının daha dərinə keçmə şansı yoxdur.

Hamiləlikdə təyyarəylə uçmaq olarmı?
Əgər hamilədə düşük təhlükəsi, vaginal qanama, şəkərli diabet, yüksək təzyiq, çöxdöllü hamiləlik və ya erkən doğum yoxdursa, hamiləliyin 36-ıncı həftəsinə qədər hamilə qadın rahat istədiyi məsafədə uçuş gerçəkləşdirə bilər.
Amma hər 1-2 saatdan bir hamilə qadın təyyarənin salonunda 10-15 dəqiqə gəzməlidir ki, qan dövranı pozulmasın və ayaqlarınız şişərək sizə əziyyət verməsin. Bir çox hava yolları hamiləliyin 36 həftəsindən sonra uçuşa icazə vermir.
Uçuşunuza dair ginekoloqunuz sizə öncədən rapor (uçuşun gerşəkləşməsində heç bir təhlükəli durum yoxdur-deyə) yazıb verərsə, bu sənədi bütün uçuş boyu çantanızda gəzdirməniz sizin üçün daha rahat olacaqdır.

Hamilə qadınların ev heyvanları saxlaması
Pişiklərdən insanlara keçən və dölün inkişafına ciddi zərər verən bir infeksiya vardır – “Toxoplazma Gondi” adlı.
Bu infeksiyaya hamilə qadınlar əsasən pişik atkıları ilə çirklənən, yaxşı yuyulmamış və yaxşı bişirilməmiş meyvə-tərəvəzlərdən və göy-göyərəti yeyən mal-qaranın yaxşı bişirilməmiş ətindən, 21 gün duzlu suda saxlanılmamış kənd pendirindən yoluxur.

Toxoplazmoz xəstəliyi nələrə yol açar?
Düşük, erkən doğum və bəzi anomaliyalara (şikəstliyə).
Hamiləlikdə çalışın Toksoplazmadan qorunun ...
Əgər hamiləliyə qəqr Toxoplazmaya yoluxmamısınızsa, o zaman ehtiyyatlı olun !

Əsasən köpək, pişik, saxlanılan evdə hamilə yaşamamalıdır, çünki hamiləlikdə hamilə qadın Toxoplazmaya yoluxarsa, döldə ölümcülvə ya şikəstlik yaradan problemlər meydana çıxa bilər.
Toxoplasma əsasən təmiz yuylmamış meyvə və tərəvəzlərdən, bişməmiş çiy ətlərdən keçir.

Toxoplasmadan necə qorunmaq ?
  • Əlləri yeməkdən öncə təmiz yumaq.
  • Meyvə və tərvəzləri yemədən öncə uzunmüddətli yumaq.
  • Evinizdə Köpək, pişik saxlayırsınızsa, peyvəndlərini ötürmədən vurdurmaq, onlara da çiy ət verməmək və yaxın təmas etməmək.
  • Çiy və ya yaxşı bişməmiş ət və ət məhsullarından (sosis, kolbasa, dönər,


Hamiləlikdə heyvan saxlamaq
Hamiləlik müddətində peyvəndləri vaxtında vurulduğu müddətcə it, pişik saxlamaq olar.
Tükləri allergiya verə bilər ( o zaman tüklərdən özünüzü qoruyun), quduzluq xəstəliyi keçə bilər (peyvəndləri vurulmazsa), heyvana çiy ət yedizdirməyin.

Dölün cinsiyyəti nə zaman yaranır?
Hamiləlik baş verən kimi, mayalanma gedən ki əslində cinsiyyət də yaranmış olur. Sadəcə biz onu hamiləliyin 11-ci həftəsindən sonra Ultrason müayinəsində görə bilirik.
Dölün cinsiyyətini ayarlamaq heç bir vasitə ilə ayarlamaq, öncədən təyin etmək (çin təqvimi, hesablamalar, müalicələrlə) mümkün deyil, süni mayalanmadan başqa.

Qrip olmağın hamiləliyə mənfi təsiri varmı?
Qrip və ya soyuqlama əsasən dölə mənfi təsir etmir.
Ailə üzvlərinizdə qrip adam varsa, əllərinizi tez tez yuyun,onlardan uzaq durun və bol maye qəbulu, vitaminli qidalanmaq, istirahət etmək şikayətlərinizi azalda bilər.
Otağınızı davamlı havalandırın, nəmləndirin (bir az su qaynadıb buxarın evə yayılmasını təmin etmək).
Qızdırmanız olsa, ilıq vanna qəbul etmək sizi rahatlaşdıracaq (həkiminizin təyinatı ilə dərmanlarınızı qəbul edin).

Hamiləlikdə Rentgen şüaları ciddi lazım olmadığı sürəcə etmək lazım olmadığı mənbələr tərəfindən bildirilir, az dozda heç bir problem olmadığı da bildirilir.
Hamiləlikdə Diş rentgenlərinin dozu çox kiçikdir və bunun istifadə olunması heç bir problem yaratmır(amma yenə də mümkün qədər rentgen etməmək lazımdır).

Hamiləlikdə Ultrasəs müayinəsinin zərəri varmı?
Hamiləlikdə edilən ultrasəs müayinəsi radiasiya yaymadığına görə heç bir zərəri yoxdur.

Hamiləlikdə vaginal ultrasəs müayinəsinin zərəri varmı?
Hamiləlikdə edilən vaginal ultrasəs müayinəsinin hamiləyə və onun gedişinə, eləcə də dölə heç bir zərəri yoxdur. Əksinə, ilk 3 aylıqda olunan vaginal ultrasəs müayinəsi həki çox önəmli məlumatlar verir və bu cür müayinə düşük səbəbi olmur.

Hamilə qadın hamiləlikdə diş çəkdirə bilərmi?
Hamiləlik boyunca hamilə qadının orqanizmində kalsium çatışmazlığı baş verir ( mütləq hamiləlik müddətində kalsiumla zəngin qidalar yemək lazımdır). Bu səbəbdən də diş çürümə halları arıtr və qadın mütləq ki, stomatoloqa müraciət etməli olur.
İlk 3 ayından sonra hamilə qadın stomatoloqa müraciət edə bilər və stomatoloq lazımı içləmi görə bilər.
Stomatoloqa getdiyiniz zaman mütləq hamilə olduğunuzu bildirməniz lazımdır.

HAMİLƏLİKDƏ SİRTLİ İÇKİ VƏ SİQARET QƏBULU
Hamiləlikdə spirtli içki qəbulu körpənizin ağıl kəmliyinə və bir sıra anormallıqlara yol açır.
Hamiləlikdə siqaret qəbulu nikotindən asılılıq yaratdığı üçün yolverilməzdir.