Digər cinsi problemlər
Aparoniaİnsanın müəyyən maneələr üzündən cinsi əlaqədə ola bilməməsidir. Vaginizm də bir növ aparoniadır.
Disparonia (getsin disparoniyə bağlansın)Cinsi əlaqə zamanı “ağrı hiss etmək”dir. Bəzən ikincili vaginizmin altında yatan səbəb disparonia səbəblərindən ola bilər. Ancaq ağrılı cinsi əlaqəniz varsa, səbəb həmişə vaginizm olmaya bilər.
Cinsi istəksizlikVaginizm başqa bir cinsi disfunksiya olan cinsi istəksizlikdən fərqli bir anlayışdır. Vaginizmdə cinsi istək ümumiyyətlə normaldır, bəzən o, artmış və ya azalmış ola bilər.
Cinsi istəksizlikdə günah və həya hissləri önəmli olsa da, əsas problem insanın cinsi əlaqədən həzz ala bilməməsidir.
Vaginizmdə əvvəldə cinsi əlaqəyə girmək istəsə də, cinsi əlaqə zamanı zərər görəcəyini düşünməsidir.
Vaginizmdən əziyyət çəkən qadında cinsi istək və vaginada sürüşkənləşmə olur, lakin istəsə də cinsi əlaqəyə nail olmaq olmur. Ancaq zamanla vaginizmdən əziyyət çəkən və ya cinsi əlaqə zamanı ağrı hiss edən (disparuniya) qadınlarda cinsi istəksizlik yarana bilər.
Vaginizm olan qadınların əksəriyyəti heç vaxt cinsi əlaqədə olmadıqları üçün hələ də bakirədirlər (birincili vaginizm).
Bəzi qadınlarda normal cinsi əlaqə daha əvvəl baş versə də, lakin sonradan inkişaf edən bir vəziyyətlə (genital travmatik hadisələrdən və ya əməliyyatlardan sora), daha mümkünsüz ola bilər (ikincili vaginizm).
Cinsi istəksizlik ürək xəstəlikləri, hipertoniya, qlaukoma və revmatik xəstəliklər kimi problemlər nəticəsində, eləcə də bəzi dərman preparatlarının qəbulunun nəticəsində də yarana bilər.
Eləcə də, həyat yoldaşına qarşı hiss etdiyi və öz aralarında həll etmədikləri “Övkə” və ərini “cəzalandırma” duyğusu ilə cinsi birləşmədən həzz almama kimi özünü göstərməsi zamanla cinsi istəksizliyə və anorqazmiyaya səbəb ola bilər.
Müəyyən hallarda cinsi istəksizlik və vaginizm eyni vaxtda müşahidə oluna bilər. Bu vəziyyətdə problemin kökünə enmək vacibdir.