Kimlər vaginizm riski altındadır?

Xasiyyəti, xüsusilə “uşaq kimi”, ailəsindən asılı olan və psixoloji quruluşunu sağlam şəkildə tamamlamamış, heç vaxt seçim və qərarvermə imkanları verilməmiş qadınlar ən böyük risk qrupunu təşkil edir. Bu qrup arasında xüsusilə yüksək sosial statusu və/və ya iqtisadi imkanları olan insanlarda vaginizm ehtimalı artır. Məsələn: müalicə alan vaginizm xəstələri arasında demək olar ki, 90%-i ən azı orta məktəb və ya universitet məzunlarıdır. Ali təhsilli pasientlərimizin içərisində çoxlu müəəlimlər, hakimlər, həkimlər, iqtisadiyyatılar və psixoloqlar vardır. Burdan belə nəticə çıxarmaq olur ki, vaginizmin ali təhsillə, dünya görüşü və intellektual səviyyə ilə heç bir əlaqəsi yoxdur. Məsələn: Norveçdən, Almaniyadan, Kanada, Amerikada, Çexiya, Türkiyə, Gürcüstan, Rusiya, İraq (Bakıda işləyir) və s. ölkələrdən magistratura oxuyan və çox modern görünüşlü və intellektual səviyyəsi yüksək olan tələbələrimiz də gəlib müalicə alıb, dönüblər... Bunlar maraqlı məlumatlardır.
“Yaxşı qız” sindromu nədir?Qız uşaqlarına hələ kiçik yaşlarından cinsəllik haqqında, əxlaqlı qızın və əxlaqlı ailənin necə olmasının “qaydaları və qanunları” haqqında bəzi keçmişdən gətirdiyi “adət-ənənələri”, qəliblərin yüklənməsi, bu məlumatlar qızın şüuraltı mərkəzində kodlanaraq, onun cinsəllik üzərinə həyatına istiqamət və yön verir. Nəticədə qadın gələcəkdə cinsi istəksizlik, anorqazmiya və vaginizm problemləri yaşayır.. Əgər bu şərtlər yerinə yetirilərsə bu zaman qız “Yaxşı qız” ola bilər.
Bu
şərtlər və təlimatlar nələrdir?
• Cinsəllik mövzularını dinləməmək, bilməmək,
• Öz cinsi orqanına toxunmamaq, baxmamaq
• Öz bədəninə heç vaxt baxmamaq
• İntim bölgəsini tüklərdən təmizləməmək (kənd yerlərində)
• Gigiyenik yuyunma zamanı qızlıq pərdəsinin hər an pozula biləcəyi ehtimalının olması düşüncəsinin yüklənməsinə görə, yuyuna bilməmək, toxunmamaq
• Oturanda, qaçanda belə qızlıq pərdəsinin “açılacağını” hər an göz önündə saxlayaraq hərəkət etmək
• Bəzi ailələrdə uşaqlarla oynamağa, hündür yerlərə çıxmağa icazə verməmək (“ehtiyyatsızlıqdan yıxıla bilər, qızlıq pərdəsi açıla bilər” düşüncəsi)
• Böyüklərin yanında oturmamaq, onların söhbətlərini dinləməmək, birdən intim mövzudan danışarlarsa, qız uşağı bunu eşidər...
• Romantik filmlərə baxmamaq
• Başı aşağı gəzmək, özünü ağır aparmaq
• Ancaq dərs oxumaq, ya da ev işləri ilə məşğul olmaq
“Yaxşı qız” sindromlu qızlar necə olur?• Çox sakit, səssiz, çox vaxt reaksiyasız (çoxları)
• Çox yavaş hərəkətli, düşüncələrini ifadə etməyə çətinlik çəkən (çox vaxt)
• Gərgin görünüşlü və duruşlu
• Ağlamağa meylli, küskün, həssas
• Nizamlı,intizamlı, vasvası və mükəmməl xarakterli
• Anası ilə belə məsafəli davranmaq, çəkinmək, utancaqlıq
• Cinsəllik haqqında məlumatları almağı əxlaqsızlıq, günah və iyrənclik hecab etmək.
Qadınların gələcəkdə qarşılaşdıqları vaginizm, cinsi istəksizlik, cinsəllikdən iyrənmə, anorqazmiya kimi cinsi problemləri, onların uşaqlıqda valideynləri tərəfindən cinsi məlumat almağa qadağa qoymalarından və bu istiqamətdə təlimatlandırmalardan yaranır.
Belə ailələrdə və bu tip mühitlərdə böyüyən qızlarda yaranan cinsi problemlər ölkəmizdə çox geniş yayılıb və “yaxşı qız olma sindromu” adlandırılır.
“Yaxşı qız” sindromu xüsusiyyətlərini daşıyan qadınlarda cinsəllik “yalnız həyat yoldaşları üçün lazım olan bir iş”dir, yəni seksuallıq bir hərəkət kimi deyil, daha çox “həyat yoldaşının zövq alacağı və onu xoşbəxt edəcək bir vəzifə” olaraq görülür.
Pasientlərlə apardığım müşahidələrə görə, bu qadınlar şəxsi həyatlarında intizamlı, vasvası və mükəmməl xarakterlidirlər.
Ailə quruluşuAilə quruluşu dominant və intizamlı, ciddi ata və passiv (sakit) ana modelindən ibarət olan uşaqlar sonrakı həyatlarında vaginizm riski ilə üzləşirlər.
Hamilə qalmaq qorxusuƏnənəvi və ya dini ailədə böyümüş insanlar və ya subay olan və sevgilisi/nişanlısı ilə cinsi əlaqədə olmağa çalışan, lakin abortdan sonra hamilə qalmaqdan qorxan qadınlar vaginizmdən əziyyət çəkə bilərlər.