Ağrılı cinsi əlaqə (Disparonia)
Disparonia cinsi əlaqə zamanı, vaginal girişdə və ya qasıq nahiyəsində ağrı və ağrı hissləri ilə özünü göstərən patologiyadır. Tibb terminologiyasında buna "disparonia (ağrılı əlaqə, ağrılı nüfuz)" deyilir.
Bir çox qadın ilk cinsi əlaqədə ağrı hiss etməyə başlayır
(İlkin Disparonia), digərləri normal cinsi həyat müddətindən sonra bu problemlə qarşılaşırlar
(İkincili Disparonia).Cinsi əlaqə zamanı qadınlar ağrıları müxtəlif nahiyələrində hiss edə bilərlər:
- kiçik çanaq boşluğunda
- çanaq dibində
- vaginanın dib nahiyəsində
- vaginanın uzunluğu boyunca
- vagina girişində.
Hansı hallarda qadınlar ağrılı cinsi əlaqə ilə rastlaşa bilər?
- Bitişmə prosesi
- Səthi və dərin ekstragenital endometrioz
- Böyük ölçülü subseroz mioma
- İntramural mioma
- Yumurtalıq kistaları
- Kiçik çanağın müxxtəlif mənşəli iltuhabı prosesi
- Bağırsaq çatı
- Kontakt dermatit
- Kandidozlu vaginit
- Hipoestrogeniya təzahürləri
- Lichen sclerosus (krauroz)
- Vaginal quruluq
- Vaginanın hüceyrə immunitetinin enməsi
- Atrofik vaginit
- Sidik yollarının iltihabı
- Cinsi yolla keçən infeksiyalar
- Herpes, HPV
- Bartolik (kista və ya abses)
- Vaginoplasttikanın, Kabiominor plastikanın fəsadları (yalnış icra edilmiş)
- Vulvodinia (lokal)
- Vaginizm (psixogen disparonia)
- Anal sfinktorun spazmı.
Ağrılı əlaqə problemi ilə qarşılaşan cütlüklər ilk növbədə mütəxəssis ginekoloqa müraciət etməli və tam ginekoloji müayinədən keçməlidirlər, çünki disparuniyaya səbəb olan problemlərin bir çoxu ginekoloji xəstəliklərdir və disparuniyanın dəqiq səbəbi ancaq ginekoloji müayinədən sonra təcrübəli ginekoloq həkim tərəfindən müəyyən edilə bilər.
Əgər ginekoloji problem yoxdursa, psixoloji səbəblər nəzərə alınmalıdır. Vaginizm problemini qismən dəf etmiş bir çox qadında cinsi əlaqə zamanı tamamilə keçməmiş vaginal sıxılmalar nəticəsində yaranan ağrı və ağrı hissləri olur. Belə hallarda müalicə üsulları tamamilə fərqlidir.
DİSPARONİAAğrının lokalizasiyasına görə disparuniya səthi və dərin disparuniya olaraq iki yerə bölünür. Bu iki növ ağrının fərqləndirilməsi diaqnoz üçün vacibdir.
1. SƏTHİ DİSPARONİAPenisin penetrasiya zamanı vaginanın xarici hissəsində ağrının hiss edilməsidir.
VaginitBütün vaginal iltihabların ümumi adıdır. Vaginitin ən çox rast gəlinən səbəbləri arasında göbələk infeksiyaları (xüsusilə Candida albicans, Candida Glabrata), Trichomanas və digər parazitar infeksiyalar və Gardnerella infeksiyaları (sinonimləri Gardnerelyoz, qeyri-spesifik vaginit, Bakterial vaginozdur).
VulvitQadınlarda xarici cinsiyyət nahiyyəsinə “vulva” deyilir. Vulvanın mikrob (infeksion) və qeyri-mikrob (iltihabi) problemləri vulvit adlanır və bu hallarda cinsi əlaqə zamanı ağrılar ola bilər.
Vulvanın yoluxmuş prosesləri arasında candidoz vulvit (göbələk infeksiyaları), herpes-2 və HPV (genital ziyil) yer almaqdadır. Müalicəsi virusəleyhinə, İmmunomodulyator, vitamin terapiyası (HPV və Herpesdə), medikamentoz müalicələrlə yanaşı papilloma və kondilomaların CO2 Lazerlə yandırılması, göbələk əleyhinə, iltihab əleyhinə preparatlarla (göbələk infeksiyasında) və s.
Vulvanın qeyri-infeksion patologiyaları arasında Liken sklerozu, psoriaz və ekzema var. Liken sklerozu xarici genital bölgədə estrogen hormonu çatışmazlığına bağlı yaranan atrofiya ilə özünü göstərən iltihabı bir prosesdir. Müalicəsi hormonal bərpaedici terapiya, PRP (Platelet Rich Plasma), Fraksion CO2 Lazer ilə həyata keçirilir.
Vaginal girişin darlığıAnadangəlmə və ya hormonal səbəblər nəticəsində vagina və vulva normaldan daha kiçik ola bilər; bu halda cinsi əlaqə də ağrılı ola bilər. Müalicəsi Fraksion CO2 Lazer ilə və ya cərrahi əməliyyatla həyata keçirilir.
Vaginal quruluq
Qadınlarda, hipofiz vəzindən prolaktin hormonunun həddindən artıq ifrazında (hiperprolaktinemiya) və doğumdan sonra süd vermə dövrlərində vaginal nəmliyin azalması səbəbindən cinsi əlaqə problemli ola bilər. Cinsi istəksizlik, depressiya nəticəsində və vaginanın nəmliyini təmin edən sekresiyaların az miqdarda ifraz olunması ilə birlikdə səthi disparuniya ilə qarşılaşa bilər. Müalicəsi səbəbə uyğun olaraq medikamentoz, hormonal, PRP və CO2 Lazerlə icra edilə bilər.
MenopozMenopoz zamanı vagina epitelinin möhkəmliyini və nəmliyini təmin edən estrogen hormonunun olmaması səbəbindən disparuniya şikayəti olur. Menopozal hormon müalicəsi ilə bu problem asanlıqla aradan qaldırıla bilər. Menopozdan sonrakı dövrdə olan qadınlara estrogen hormonu vermək, vagina və klitorisdə qan dövranını artırır.
Menopoz və qocalma ilə əlaqədar rast gəlinən digər cinsi şikayətlər cinsi istəyin azalması, ağrılı cinsi əlaqə, cinsi reaksiyanın azalması, orqazma çatmaqda çətinlik (anorgazmiya) və cinsiyyət orqanlarının həssaslığının azalmasıdır. Üstəlik, menopozdan sonrakı dövrlərdə testosteron səviyyəsinin azalması cinsi stimullaşdırma, libido və orqazmın azalmasına səbəb olur. Müalicədə əvəzedici hormon terapiyası, PRP, CO2 Lazer istifadə ediliə bilər.
Cərrahi ginekoloji əməliyyatlarVaginal daralma, vaginal histerektomiya (uşaqlığın vaginadan çıxarılması), sidik kisəsinin prolapsında icra olunan əməliyyat ( ön kolporrafiya) və düz bağırsağın sallanması kimi əməliyyatlardan (arxa kolporrafiya) , perineoplastikadan sonra disparuniya yarana bilir.
Normal DoğuşNormal doğuş zamanı körpənin başının asanlıqla çıxması üçün edilən kəsiklər (epiziotomiya) düzgün bərpa edilməsə, tikişlər düzgün qoyulmazsa gələcəkdə cinsi əlaqə zamanı problemlər yaraa bilər.
Qızlıq pərdəsiNormaldan daha qalın olan qızlıq pərdəsi (sərt qızlıq pərdəsi): Qızlıq pərdəsinin normaldan daha qalın və hündür kənarlı, arakəsməli olduğu hallarda cinsi əlaqə də ağrılı ola bilər.
2. DƏRİN DİSPARONİADərin disparuniya penisin vaginaya tam daxil edilməsindən sonra aşağı qasıq və qarın nahiyələrində ağrıların yaşanmasıdır. Uşaqlıq, uşaqlıq yolu, yumurtalıqlar, borular və qarının aşağı nahiyyəsi ilə əlaqəli xəstəliklər dərin disparuniyaya səbəb ola bilər. Bunlar:
EndometriozUşaqlığın daxilində olan “Endometrium” adlanan toxumanın kiçik çanaqda uşaqlıqdan kənarda tapıldığı xəstəlikdir. Endometrioz cinsi əlaqə zamanı ağrı hissi, ağrılı aybaşı (dismenoreya) , ağrılı cinsi əlaqə və sonsuzluq (hamilə qala bilməmək) kimi problemlər yarada bilən bir xəstəlikdir. Onun dəqiq diaqnozu laparoskopik əməliyyatla qoyulur.
SistitSidik kisəsinin iltihabıdır. Tez-tez və ağrılı sidiyə getmə, sidiyə çıxarkən sidiyin sonunda yanma-göynəmə, vulvada yanma-göynəmə, qaşınma və cinsi əlaqə zamanı ağrı hiss etmə kimi əlamətlər sistit ilə əlaqəli ola bilər.
MiomaEstrogen hormonunun genetik yüksəkliyinin təsiri altında ölçülərinin böyüməsinə səbəb olan xoşxassəli törəmədir (şişdir). Yerləşməsinə görə submukoz, intramural, subseroz olur.Ölçüsünə və yerləşmə yerinə görə uşaqlığın əzələ toxumasında (intramural) əmələ gələn mioma cinsi əlaqə zamanı ağrıya səbəb ola bilər. Submukoz mioma gur aybaşılar və qanlı ifrazatlar, sançılar verə bilir. Subseroz mioma ölçüsü çox böyüyərsə, qəbizlik, sidikqaçırma və ağrılar verə bilər.
Yumurtalıq kistalarıCinsi əlaqə zamanı aldığı travmalar (kobud cinsi əlaqə), eyni zamanda yumurtalıqlardan inkişaf edən kistalar qasıqüstü nahiyyədə ağrılara səbəb ola bilər.
Kiçik Çanağın İltihabı Xəstəliyi: Endometriumun iltihabı (endometrit), uşaqlıq borularının iltihabı (salpinqit, adneksit) və ya yumurtalıqların iltihabı (ooforit) kimi hallarda cinsi əlaqə də ağrılı olur. Sadə bir ginekoloji müayinə və laboratoriya müayinələri ilə dəqiq diaqnoz qoymaq olar.
Psixogen əsaslı disparoniaHeç bir anatomik səbəb aşkarlanmayan və tibbi müayinələrində hər şey normal görünən xəstələrdə disparuniyanın səbəbi psixolojidir və bu problem daha çox qadının şüuraltında oluduğu müəyyən edilir. Vaginizm, vaginal əzələlərin qeyri-iradi yığılması disparuniyanın ən çox rast gəlinən səbəbidir. Vaginizmdə qadın çox güclü ağrı olacağını gözləyir, bu zaman bütün əzələlər kəskin sıxılır və vagina girişindəki dairəvi yığılan əzələ özü özünü sıxaraq ağrının yaranmasına səbəb olur.
Psixogen disparonianın digər səbəbləri:• Hamilə qalmaq qorxusu
• Hamiləlik dövründə körpəni incitmək qorxusu
• Qısa ön sevişmə
• Cinsi təcrübə və cinsi məlumatın olmaması
• Əvvəlki cinsi travmalar (taciz və ya təcavüz və s.)
• Partnerinə qarşı istəksiz olmaq.
Disparonia müalicəsiDisparonia diaqnozu qoyulmuş bir xəstə, yoldaşı ilə aylar və ya illərdir cinsi əlaqədə olarkən ağrı, deşici ağrı kimi xoşagəlməz hisslər yaşaya bilər. Ginekoloji müayinədən sonra dəqiq diaqnoz qoyulduqdan sonra müalicəyə başlanır.
Cinsi əlaqə zamanı psixogen əsaslı ağrı yaranarsa, müalicədə psixoloji terapiya (hipnoz, NLP texnikaları və s.) üsulları ilə başlanılır. Bununla belə, bir çox disparuniya hallarında yalnız bəzi anatomik problemlər olur və bu problemlər zamanı müəyyən sadə cərrahi müdaxilələr vasitəsilə tam müalicəyə nail olmaq olar.
Müalicədə cərrahi üsullarVulvodinia/Vestibulodinia adətən evliliklərinin ilk dövrlərində disparuniyadan əziyyət çəkən qadınlarda görülür və müalicəsi ağrıya həssas olan bu nahiyənin çıxarılmasından ibarətdir. Bunun üçün ilk növbədə “pambıq ucluqlu çubuq” vasitəsi ilə müəyyən testlərdən keçərək ağrıya həssas nahiyələr müəyyən edilir. Lazer CO2 və cərrahi əməliyyatla bu problemi həll etmək mümkündür. Müalicənin mahiyyəti ağrıyan nahiyyəni aradan qaldırmaqdır.
Daha sonra lokal anesteziya (lokal sedasyon) və bu nahiyənin götürülməsi və ya vaginal girişin bir qədər genişləndirilməsi ilə cinsi əlaqə zamanı ağrı problemi tam aradan qaldırılacaq. Tibbi terminologiyada bu əməliyyat "vulvar vestibulektomiya" adlanır.
Doğuşda qoyulan tikişlərNormal doğuş zamanı kəsilən (epiziotomiya) və tikiş qoyulan nahiyə düzgün müalicə olunmazsa, estetik görünüşü pis ola bilər və üstəlik tikişlər cinsi əlaqə zamanı ağrıya belə səbəb ola bilər. Bu zaman vaginal estetik əməliyyatlarla bu toxumaların çıxarılması həm estetik, həm də funksional baxımdan uğurlu nəticələr verir.
Qızlıq pərdəsinin qalın olmasıYenə də qızlıq pərdəsinin normaldan daha qalın, hündür kənarlı və arakəsməli olması halında cinsi əlaqə ağrılı ola biləcəyi üçün, bu vəziyyət təxminən 10-15 dəqiqə davam edəcək sadə bir cərrahi əməliyyatla düzəldilə bilər. Bu cərrahi əməliyyat “Himenektomiya” adlanır.