Vaginizm haqqında yanlış təsəvvürlər
Cinsəllik, ilk gecə və qızlıq pərdəsi haqqında çoxlu yalan, şişirdilmiş və yanlış məlumatlar var. Biz cinsəllik haqqında belə yanlış və şişirdilmiş məlumatları “seksual miflər” , “seksual uydurmalar” adlandırırıq.
İnsanlar arasında şayiə olaraq yayılan əfsanə və yalan məlumatlardan bəzilərini təqdim edirik:
"Niyə vaginizmdən yalnız mən əziyyət çəkirəm?"
Vaginizm təkcə sizin probleminiz deyil, bütün dünyada tez-tez rast gəlinən cinsi disfunksiyadır.
Bu cür düşünməyi və özünüzdən soruşmağı dayandırmalısınız: "Bu bəla məni niyə tapdı?", “ALLAH məni niyə bədbəxt yaratdı?”
Bir digər düşüncə...
“Vaginam normadan kiçikdir”
Vagina xaricdən müşahidə edilə bilən bir orqan deyil və içəridə olan vaginal kanalı görmək çox mümkün deyil. Normalda isə alt və üst divarlarının bitişik qaldığı vaginanız cinsi əlaqə zamanı açılır və genişlənir.
Əslində, uzunluğu 8-10 sm olan vaginanız cinsi əlaqə zamanı düzləşərək 16-18 sm uzunluğa çatır.
Yenə də vagina, doğuş zamanı 9-10 sm diametrdə başı və 48-52 sm uzunluğunda bədəni olan körpənin çıxdığı kanaldır.
Unudulmamalıdır ki, vaginizm adı vaginanı hədəf göstərsə də, vagina problemi deyil, şüuraltı mərkəzin problemidir, eyni zamanda da vaginaya təsir edən bir mexanizmlə dolayı yolla ginekoloji problemlərin ortaya çıxmasına səbəb olur. Belə ki, qadın ginekoloji müayinədədn keçə bilmir, var olan ginekoloji xəstəliklərin vaginal müalicəsini ala bilmir, bununla da qadının var olan vaginal problemləri, xəstəlikləri get gedə çoxalır.
“İlk gecə çox ağrı və qanaxma olur” düşüncəsiƏgər qadın ilk gecə çox rahatdırsa, qızlıq zarı ümumiyyətlə qanamaya və ya çox az qanaya bilər. Yenə də ağrı heç olmaya bilər və ya çox az ola bilər. Ancaq cinsiyyət orqanının yeridilməsi zamanı gərginləşən və sıxılan qadınlarda, normaldan daha çox ağrı və qanaxma olması təbiidir.
“Qızlıq pərdəsi ilk gecədə açılır”Qızlıq pərdəsi partlayan, çatlayan və ya qırılan bir quruluş deyil. Bu, vaginal girişdən 1 sm-2 sm məsafədə yerləşən təxminən 2 mm qalınlığında olduqca nazik bir selikli qişadan ibarət büküşdür.
İlk penetrasiya zamanı kiçik uzanma və sonradan bir neçə millimetr cırılma, bəzən bir neçə damcı qan gəlməsinə baxmayaraq, çox vaxt heç qanamır.
“Vaginanın ağzında bərk divar var, dəlik yoxdur. Bu dəliyi penis açacaq və buna görə də çox şiddətli ağrı olacaq”- düşüncəsi tamamilə yalnışdır. Həmin nahiyyədəki dəlik vaginanın Levator ani qrupundan olan əzələlərin sıxılması nəticəsində büzülür və “bərkimiş divar” təəssüratı yaradır.