Hamiləlikdə ultrasəs müayinəsi nə zaman edilir?

Son aybaşı tarixindən (SAT) etibarən 40 həftə davam edən hamiləliklər üç ayrı dövrə ayrılır:

I trimestr (ilk 13 həftə, ilk üç ay)

II trimestr (13-28 həftələr arası, ikinci üç ay)

III trimestr (28-40 həftələr arası, son üç ay)

Dölün uşaqlıq daxilində inkişaşının dəyərləndirmək üçün bu parametrlər ölçülür:


I TRİMESTRDƏ NƏLƏRƏ BAXILIR?

  • CRL (Crown-rump lenght): Büzdüm - Təpə ölçüsü.
  • BPD (Biparietal diametr): Başın eninə diametri.
  • HC (Head circumference): Başın çevrəsi.
  • OFD (Occipitofrontal diametr): Başın uzununa diametri.
  • TCD (Transvers cerebellar diametr): Beyinciğin eninə diametri.
  • FL (Femur lenght): Bud sümüyünün uzunluğu.
  • AC ( Abdominal circumference): Qarın çevrəsi.
    Diger: Ulna, Tibia, Humerus, Klavikula sümüklərinin uzunluqları və hər iki göz arası məsafənin ölçülməsi.


    II TRİMESTRDƏ NƏLƏRƏ BAXILIR?

    Normal hamiləliklərdə hamiləliyin ilk Ultrasəs əlaməti uşaqlığın (uterus) orta hissəsində döl kisəsinin görünməsidir.

    Hamiləliyi ilk vaxtlarında uşaqlıqda yerləşən embrion, Human Chorionik Gonadotropin (HCG) adı verilən hamiləliyə məxsus horman hasil etməyə başlayır. Hamiləlik irəliləməyə davam etdikcə bu hormonun öncə qandakı, sonra da sidikdəki miqdarı artır.

    HCG hormonun səviyyəsi əsasən 500-1000 IU/mL miqdarına çatdıqda döl kisəsi “vaginal ultrasəs müayinəsi” ilə görülə bilir.

    Abdominal (qarından) edilən ultrasəs müayinəsində embrionun 6 hafta 4 günlükdən ürək vurğuları görülə bilər. Transvaginal (vaginadan) müayinədə embrionun ürək vurğuları 6 gün daha tez görülə bilir.