Vulvodinia və Vaginizmin fərqi
Həm yaranma səbəbinə, həm də əlamətlərinə görə Vulvodinia vaginizmlə eyni problem deyildir, amma Vulvodinia uzun müddət (müalicəsiz ) davam edərsə, bu durum vaginizmin yaranmasına səbəb ola bilir.
Vulvodinia ilə vaginizmin fərqi nədir?- Vulvodinia problemində qadınlar ağrını dəqiq olaraq hiss edirlər, amma Vaginizm problemində qadınlar ağrını hiss etmir, onlar çox güclü ağrı olacağını gözləyirlər.
- Vulvodiniada qadın cinsi əlaqədən qorxmur, Vaginizmdə isə güclü ağrı gözlədiyi üçün cinsi əlaqədən çox qorxur.
- Vulvodiniada qadın ağrı səbəbindən bud əzəzlələrini, vagina girişi əzələlərini sıxırsa, Vaginizmdə qadınlar özündən asılı olmadan, bütün bədən əzəzlələrini, bud əzələlərini, vagina girişi əzələlərini sıxır və boşalda bilmir.
- Vuvodiniada ağrılar göynəmə, iynə batma, yanğı, dartılma-cırılma, açıq yaraya duz basma şəklində olur, Vaginizmdə isə ağrı vagina girişir əzələlərin sıxılması hesabına olur.
- Vulvodiniada qadın ayaqlarını aça bilir, Vaginizmdə isə özündən asılı olmadan ayaqlarını aça bilmir (məcburi vəziyyət alır).
Vulvodinia ginekoloji problem olsa da bərabərində cinsi problem yaradır...Vulvodinia qadının psixologiyasına, sosial həyatına, cinsi münasibətinə təsir edir.Vulvodinia həyati təhlükəli bir xəstəlik deyil. Gündəlik yaşam keyfiyyətini azaldan, sosial yaşam və cinsi yaşam keyfiyyətinə təsir edən, davamında Vaginizm adlı başqa qadın cinsi problemini yaradan , öz güvənin itməsinə, özünü pis (əksik) hiss etməsinə səbəb olan, boşanmaya və nadirən özünə qəsd cəhdlərinə gətirib çıxara bilən depressiv bir qadın cinsi problemdir. Eyni zamanda bu qadınlar ginekoloji müayinədən belə keçə bilmir, müalicə ehtiyaclarını ödəyə bilmir.
Pasientlərin fərqli hekayəsi:Pasient 1: "Ön sevişmə etapı normal keçir, qorxmuram, ayağımı rahat açıram, cəhd zamanı şiddətli yandırma, göynəmə hissi məni çox narahat edir və bu ağrını hiss etdiyimə görə özümü sıxıram və yoldaşımı itələyirəm. Bu ağrı çox şiddətlidir, buna dözmək mümkün olmur."
Diaqnoz: Vulvodinia və ya
VVS (həkim diaqnozu dəqiqləşdirir)
Pasient 2: "Ön sevişmə etapı normal keçir, ayaqlarımı aça bilmirəm, güclü ağrı olacağını düşünərəkdən qorxuram, özümü məcbur edərək cəhd etdiyimiz zaman çox şiddətli yanğı, göynəmə, iynə batmalar hiss edirəm. Ağrını hiss edənə qədər qorxu və sıxılmalarım olur. Ağrını hiss etdikdən sonra isə cəhddən imtina etməyə məcbur oluram."
Diaqnoz: Vaginizm.
Vulvodinia və ya
VVS (həkim diaqnozu dəqiqləşdirir)
Ağrılı cinsi əlaqə (disparonianın) səbəbinin diaqnozu ginekoloq tərəfindən qoyulmalıdır.
Əgər bir qadında hər iki problem varsa, bu zaman öncə
Vulvodinia, sonra
Vaginizm müalicə olunur.