Vaginizm Tarixi
Vaginizm, qadınların sağlamlığında yüz illərdir mövcud olan bir problemdir. Bu problemlə bağlı ilk yazılı qeydlər 11-ci əsrə qədər gedib çıxır. Onun müzakirəsi və söhbətinin son illərdə daha çox olması bu problemin üzə çıxmasına səbəb olub.
Əvvəllər uşaq sahibi ola bilməyən bir çox cütlükdə vaginizm problemi var idi, lakin cütlüklər kimə müraciət edəcəklərini bilmədiklərindən bunları gizlətməyə üstünlük verirdilər.
Əslində isə cütlüklər bunun düzələ biləcək bir problem olduğunu bilməyiblər. Hər vaginizm qadın elə düşünüb ki, bu onun anadangəlmə problemidir və onun bədəni belədir. Cütlər bu halın “alın yazısı” olduğunu düşünüblər, razılaşıb ya boşanıblar, ya da bu vəziyyətlə birlikdə yaşayıblar.
Vaginizm elmi olaraq ilk dəfə 1861-ci ildə Sims tərəfindən müəyyən edilmişdir ki, bu illər ərzində dəyişməmiş bir anlayışdır. Bir xəstəsini müayinə edən bu alimin maraqlı müşahidələri belə qeyd olunur:
“Qadının həyatında ən maraqlı məqam onun 25 il evli olmasına baxmayaraq, hələ də bakirə olması idi. Bu fenomenlə bağlı müayinəmdə vaginal müayinə tamamilə uğursuz oldu... Hətda vaginal girişə çox az toxunmağım da intensiv reaksiyaya səbəb olurdu. Sinir sistemi xaos içində idi, ümumi əzələ gərginliyi var idi. Onun bütün bədəni ara-sıra sərtləşir və titrəyirdi. O, qışqırırdı və gözləri dəli kimi parıldayırdı. Göz yaşı damlaları yanaqlarından süzülərkən, dəhşət və ölüm iztirabını xatırladan bu vəziyyət çox acınacaqlı idi. Bütün fiziki ağrılarının əks olunmasına baxmayaraq, o, güclü idi, çıxılmaz vəziyyətinə ümid varsa, davam etməyimə yalvarırdı. Bütün gücümlə bir neçə dəqiqə itələdikdən sonra barmağımı bir neçə saniyə onun vaginasına salmağı bacardım, amma bundan irəli getmədi. Vaginada böyük müqavimət və barmağımın həssaslığını azaldan sərt bir daralma var idi. Beləliklə, bu müayinə vasitəsilə mən anladım ki, vaginanın girişində bu qədər çətin daralma var”.Sims MJ (1861) Əməliyyat mübahisəli olsa da, əməliyyatsız genişlənmə və anesteziya altında genişlənmə prosedurları uğurlu alınaraq daha real müalicə üsulları arasında öz yerini tapdı.
Sims ilk dəfə olaraq əməliyyatdan sonra vaginanın girişində yerləşən əzələlərin və sinirlərin şüşə genişləndiricilər vasitəsilə genişləndirilməsi (dilatasiyası) prosedurunu təklif etmişdir.
Salernolu Trotula 1547-ci ildə yazdığı “Qadın xəstəlikləri” adlı elmi əsərində, bəlkə də, hal-hazırda vaginizm dediyimiz vəziyyətin ilk təsvirini belə etmişdir: “Cinsi orqanlarda elə bir daralma olur ki, hətta aldanmış qadın da bakirə ola bilər”.
Faure və Sireday, 1923-cü ildə apardıqları araşdırmada, vaginizmin cinsiyyət orqanlarına xüsusi həssaslıq səbəbiylə vulvo-vaginal kanalın qeyri-iradi, ağrılı, spazmodik daralması olduğunu aşkar etdilər.
1993-cü ildə Bek vaginizmi "elmi səhlənkarlığın maraqlı bir nümunəsi" olaraq təyin etdi. Olduqca gec olsa da, bu diqqətdən kənarda qalan qadın sağlamlığı probleminə elmi marağın yenidən artdığını görmək ümidvericidir.
Klinikamıza müraciət edən çoxsaylı pasiyentlərimizin qarşılıqlı sualı belədir: “Vaginizm yeni problemdir, yoxsa köhnə dövrlərdə də olub?”
Bu sualın cavabı, yuxarıda oxuduğunuz kimi, vaginizmin yeni bir disfunksiya olmadığı və yüz ildir ki, cəmiyyətlərdə rast gəlindiyi, lakin son vaxtlar daha çox diqqət çəkdiyi üçün yanlış olaraq bir disfunksiya kimi düşünülməsidir.
Cəmiyyətimizdə hər 10 nəfərdən birinin bu problemdən əziyyət çəkdiyi nəzərə alınarsa, əslində bu problemin hələ də işıqlandırılmağa çalışıldığı və insanlarımızın hələ də bu mövzuda kifayət qədər bilgisinin olmadığı anlaşılır.
Vaginizm haqqında ümumi məlumatVaginizm, qeyri ixtiyari əzələ yığılmasının vaginal əlaqəyə və ya digər bir vasitənin vaginaya daxil olamsına mane olduğu bir vəziyyətdir. Bu hal, tez-tez cinsi əlaqə cəhdləri zamanı ağrı ilə nəticələnir. Vaginal əlaqəyə ilk cəhd edildiyi zaman başlayır, bəzən isə düşündükdə belə spazm başlayır.
Qadının əsas düşüncəsi isə penisin vaginaya girməsinin ona zərər verəcəyi və güclü ağrı olacağı qorxusudur. Vaginizmin yaranmasında risk faktorlarına yetişdirilmə tərzi, cinsi informasiya azlığı və ya heç olmaması, cinsi orqanını tanımaması, cinsi təcavüz, endometrioz, müxtəlif mənşəli vaginit, virus infeksiyaları və ya əvvəllər edilmiş epizyotomiya daxildir. Diaqnoz, əlamətlər və müayinə əsasında qoyulur.
Müalicə mərhələli tədricən şüuraltı mərkəzin korreksiyası üzərinə, vaginal dilatasiya və əzələlərin sıxılmaması, panik atak əlamətlərinin sıfırlanması üzərinə davranış terapiyasını əhatə edir.
Cərrahiyyə ümumiyyətlə göstərilmir. Əzələ spazmının müalicəsi olan botulinum toksini (botox) hələ öyrənilir. Botox iynəsinin bir ədəbiyyatda qadınların 0,5%-na təsir etdiyi təxmin edilir. Nəticələr ümumiyyətlə şüuraltı mərkəzin müalicəsi və davranış terapiyası ilə yaxşıdır.
Əlamətlər: Vaginal penetrasiya zamanı bütün bədən əzəzlələrinin , eləcə də vagina əzələlərinin anidən kəskin sıxılması və ağrı olacağı düşüncəsiylə cinsi əlaqədən imtina etməsi.