Vaginizm xəstələrinin həyat yoldaşları üçün məsləhətlər
• Ola bilər ki, siz evləndikdən sonra qadınların belə problemlərinin ola biləcəyini bilmirdiniz və niyə belə bir vəziyyətin sizin başınıza gəldiyini anlaya bilmirsiniz.
• Bəlkə də həyat yoldaşınızı çox sevsəniz və onu anlamağa çalışsanız da, gərginliyinizi saxlaya bilmirsiniz.
• Ola bilsin ki, siz də həyat yoldaşınız kimi belə yaşamağı qəbul edirsiniz, amma bəzən özünüzə “kaş ki, belə olmasaydı” deyirsiniz və ya probleminizi inkar edərək, fikrinizi iş həyatına kökləməklə başqa mövzularla özünüzü təsəlli etməyə çalışırsınız.
Əvvəlcə mütləq başa düşməlisiniz ki, vaginizm sizin xanımınızın günahı deyil. Unutmamalısınız ki, bu problem təkcə onun deyil, artıq “cüt” olaraq hər ikinizin probleminə çevrilib və bu problemlə siz tək deyilsiniz.
Həyat yoldaşınızın vaginal əzələlərində və bədəninin digər hissələrində hiss etdiyi spazmlar (sıxılmalar) penisin girişini mümkünsüzləşdirir və hər cəhd həyat yoldaşınızda qorxu və ağrıya səbəb olur. Bu spazmlar (sıxılmalar) tamamilə qeyri-ixtiyari olaraq baş verir (qadının nəzarətindən kənar). Beləliklə, həyat yoldaşınız istəməyərək və ya bilərəkdən bu vəziyyətin yaranmasına səbəb olmur. Bu məsələdə ona qarşı dözümlü və anlayışlı olmalısınız.
Sonra vəziyyəti qəbul etmək , düzgün müalicə mərkəzini tapmaq üçün araşdırmaya başlamalısınız və bu problemdən qurtulmaq üçün hərəkətə keçməlisiniz.
Bu problemin aradan qaldırılmasında sizin səbriniz, anlayışınız və əməkdaşlığınız çox vacibdir. Xüsusilə müalicə zamanı yoldaşınıza göstərəcəyiniz anlayışla müalicəsi çox asanlaşacaq və müddəti çox qısalacaq.
Siz bu problemdən əziyyət çəkən milyonlarla cütlükdən birisiniz. “Doğru mərkəzdə düzgün müalicə ilə vaginizm 100% həll oluna bilən bir problemdir”.