Vaginizm və Hamiləlik
Vaginizm problemindən əziyyət çəkən qadınların normal yollarla hamilə qalma şansı çox azdır. Hamiləlik nadir baş verir və cinsi əlaqəyə cəhdlər zamanı normal cinsi əlaqə yaşamadan spermanın vaginaya sızması nəticəsində baş verir.
Hamiləlik cinsi əlaqə olmadan necə baş verir?Kişinin boşalma nəticəsində vulvaya (xarici genital zonaya) axıdılan spermalar üzmək qabiliyyəti ilə vaginaya çata bilir və daha sonra vaginada uşaqlıq yoluna doğru hərəkət edir və daha sonra uşaqlıq borularına keçərək boşalmış yumurtanı mayalandırır və hamiləlik başlayır. Bu, çox nadir görülən bir haldır və baş vermə şansı çox zəifdir.
Təəssüflər olsun ki, vaginizm problemi yaşayan bir çox cütlüklər, aldıqları uğursuz müalicədən sonra vaginizmdən sağalma ümidini “kəsərək” uşaq sahibi olmaq üçün süni mayalanma üsullarına əlatırlar. Bəli, bu yolla uşaq sahibi olmaq olar, amma cinsi əlaqəni geri qaytarmaz.
Cinsi əlaqənin mənasıCinsi əlaqənin əsl mənası “həzz və sevinc yaşamaq”dır və düzgün müalicə üsulları ilə problem ciddi olsa da həll edilə bilər.
Digər tərəfdən, süni mayalanmada pasientələrə verilən dərman müalicəsində yüksək dozada hormon dərmanları var. Müalicədə follikulların yetişdirirlməsində orqanizmə xaricdən yeridilən hormonların bir çox zərərli təsiri var.
Keyfiyyətli vaginizm müalicədən sonra cinsi əlaqənin başlaması ilə cütlərin bir-birinə olan sevgi və hörməti möhkəmlənir, ailədaxili ünsiyyət güclənir, həm şəxsi həyatlarında, həm də ev həyatında özlərinə olan inamları artır. Cinsi əlaqə cütlərə terapiya kimi gəlməyə başlayır.
Unutmayın ki, Dr.Günay Hacıyeva 2013-cü ildə vaginizmin alternativi olmayan 3-4 seansa 100% sağalma nəticəsini verən müalicəsini ilk olaraq ölkəmizə gətirdi. İllərdir ki, neçə neçə ailələri düzgün müalicə edərərk cəmiyyətə qazandırdıq.
Maraqlıdır ki, vaginizm problemi yaşayan cütlərin ərləri çox vaxt anlayışlı, sevgi dolu olur və xanımına dəstək olaraq ona illərlə anlayış göstərir, onu cinsi əlaqəyə məcbur etmir (bəzən şiddət göstərən ərlər də olur) və bu problemin həll olacağı günü ümidlə gözləyir. Bu səbəbdəndir ki, vaginizm müalicəsini aldıqdan sonra, uşaqları dünyaya gəldikdən sonra belə sevgi dolu cütlərin vasitəsilə cəmiyyətə yararlı və sevgi dolu ailə qazandırmış oluruq. Çünki, hər bir ailədə böyüyən övladın sevgi saçan bir ata və anaya ehtiyacı var, əlbətdə ki, belə olduqda övlad da sevgi ilə böyüdülür və cəmiyyətə də belə övladlar yayarlı olur.
Hamiləlik zamanı vaginizmin müalicəsi mümkündürmü?Vaginizm problemi yaşayan təsadüfən cinsi əlaqə cəhdi və sürtünmə zamanı spermanın sızması nəticəsində hamilə qalan qadınların klinikamıza gələrkən ən çox verdikləri suallardan biri də vaginizm müalicəsinin olub-olmamasıdır. Bu vəziyyətdə xəstələrimizə müalicə tövsiyə edirik.
Əgər hamilə qadının hamiləlik prosesində düşük təhlükəsi olmayıbsa və hal hazırda yoxdursa, ilk 3 aylığa qədər qadın vaginizm müalicəsini ala bilər.Həm hamiləlik psixologiyası, həm də veriləcək müəyyən davranış müalicələri müəyyən problemlər yarada bilməz.