Müalicənin sonunda cütlər cinsi əlaqəyə göndərilir
Vaginizmin müalicəsi və cinsi əlaqəyə başlamaq cütlər üçün çox xoşbəxt və həyəcanlı bir vəziyyətdir. Çünki əvvəlki təcrübələrdən dolayı ilk əlaqə haqqında narahatlıqları çox olur.
Beynim “Görəsən əsl cinsi əlaqə yaşaya biləcəyəmmi?” kimi suallarla doludur. Görəsən bu dəfə alınacaqmı? Ağrıdacaqmı?” Bu cür narahatlıqlar adətən qadını cinsi əlaqədən həzz almaqdansa, “cinsi əlaqəni tam yerinə yetirmək” narahatlığına sövq edir.
Unudulmamalıdır ki, cinsi əlaqədə əsas məqsəd həzz almaqdır, hamilə qalmaq və ya həyat yoldaşını razı salmaq deyil. Məqsəd yalnız uşaq sahibi olmaq olsaydı, uşaq sahibi olan bütün cütlər daha sonra cinsi əlaqəyə girməzdilər. Bu baxımdan da cütlər üçün ilk cinsi təcrübələrini yaşadıqdan, tam cinsi əlaqəni həyata keçirdikdən və üzərlərindəki təzyiqdən qurtulduqdan sonra “həzz üzərində fokuslanması” cinsi əlaqənin keyfiyyətinə müsbət təsir edər.
Müalicədən sonra pasiyentlərimizə 3 ay müddətində hamilə qalmamalarını və hamiləlikdən qorunmalarını tövsiyə edirik. Bu müddət ərzində hər keçən gün cütlərin münasibətləri qaydasına düşür, yaxşılaşır.
Müalicədən sonra ailə planlaması üsullarına prezervativ, hamiləlikdən qorunma həblərinin istifadəsi və xaricə boşalma üsulu misal ola bilər.
Normal hamiləlikdə cinsi əlaqəyə məhdudiyyət qoyulmasına ehtiyac olmasa da, hamiləliyə bağlı yarana biləcək ürəkbulanma, qanaxma, düşük təhlükəsi və vaxtından əvvəl doğuş riskləri nəticəsində həkim cinsi əlaqəyə məhdudiyyətlər təyin edə bilər.