Qızlıq pərdəsini aldırmaqla vaginizm müalicə ola bilər?
Təəssüf ki, bir çox ginekoloq tərəfindən vaginizm xəstələrinə tez-tez tətbiq edilən Hymenotomiya ( qızlıq zarının açılması, tamamilə götürülməsi) vaginizmdə baş verən əlamətləri ( budların sıxılması, kilidlənməsi,vagina girişinin sıxılmasını və s.) aradan qaldırmır, müalicə etmir, əksinə pasientin vəziyyətini daha da pisləşdirir.
Bu zaman pasient ruhdan düşür, heç vaxt sağalmayacağını, bu “müalicənin” də bir köməyinin olmadığını görüb depressiyaya düşür və bu hal onun vaginizm dərəcəsinə də təsir edir, prosesin müalicəyə tabe olmasını çətinləşdirir.
Qızlıq pərdəsi çıxarılan qadın, vəziyyətində heç bir dəyişiklik olmadığını görəndə daha da məyus olar, maddi və mənəvi sarsıntı yaşayar.
Vaginizm vagina və ya qızlıq pərdəsi problemi deyil, şüuraltı problem olduğu üçün müalicə şüuraltıdakı qorxuların təmizlənməsinə yönəldilməlidir. Müalicə təkcə bununla da bitmir, şüuraltı mərkəzdən əzəzlələrə göndərilən impuls axını dayandırılmalıdır və əzəzlələrin sıxılmasının qarşısını alan, panik atak əlamətlərinin başlamaması üçün cinsi terapiya uygulanmalıdır.
Hər pasientə fərdi yanaşılmalıdır, hər pasientin müalicəsi bəzi etaplarda eyni olsa da, əsas mərhələdə fərqli yanaşma olur. Elə buna görə də biz 3-4 seansa 100% sağalma nəticəsi ala bilirik.