VULVODİNİA
Bizim ölkəyə (Azərbaycanda) Vulvodinia (yerli və yayılmış) haqqında məlumatlar və müalicə 2018-ci ildən cərrah mama ginekoloq Günay Hacıyeva tərəfindən gətirilib və hal hazırda da ən yüksək səviyyədə icra olunmaqdadır. Və eyni zamanda VVS (vulvar vestibulit sindrom) ilə yerli Vulvodinia / Vestibulodinianın fərqli proses olduğu və müalicələrinin də müxtəlif olduğu Dr.Günay Hacıyeva tərəfindən dəqiqləşdirilib. Bu iki oxşar problemin ayırd edilməsinin diaqnozun qoyulmasında, müalicəsində və məlumatlarının verilməsində çox böyük əhəmiyyəti vardır. Təəssüf ki, bu problemdən dünyanın 2% ginekoloqlarının məlumatı vardır.
Amma halbuki minlərlə, milyonlarla qadın dünyada bu problemdən əziyyət çəkərkən, həkim həkim gəzərək dərdinə çarə axtarmaqdadır və lazımsız ginekoloji müalicələr və ya lazımsız psixoloji seanslar almaqdadır.
Vulvodinianın əlamətləri:Vulvodinia (yerli)/Vestibulodinia vagina girişinin göynəməsi , iynəbatma, cırılma-dartılma, yaraya duz basma kimi, yandırma, kəsilmə kimi ağrılar şəklində olan ağrılardır. Bunun yaranması səbəbi hələ məlum olmasa da, ehtimal edilir ki vestibul nahiyyəsinin sinir uclarının hiperplaziyaya uğraması əsas səbəbdir. Diaqnozu qoymaq şox asandır, amma təəssüf ki, bu asan diaqnozu ginekoloqlar hələ qoya bilmir.
Vulvodinia (Vulvodynia): Vulva və vagina girişində (dəhliz) hiss edilən xroniki ağrıdır. Ağrı göynəmə, yanma, iynəbatma, cırılma, sancma, qıcıqlanma, bıçaq kəsməsi, açıq yaraya duz basma kimi özünü göstərə bilir. Ağrı çox vaxt anidən başlayır, daha sonra günlər, hətta aylar və illərlə davam edə bilir. Ya daimi, ya da yalnız vulvaya toxunduqda baş verə bilər.
Əlamətlər bir yerə toplanmış şəkildə, ya da bütün vulvaya yayılmış şəkildə baş verə bilər. Cinsi əlaqə zamanı və ya sonra, tamponlar qoyulduqda və ya vulvaya uzun müddət təzyiq edildikdə, məsələn, oturan zaman ya da hər hansı hərəkət edən zaman baş verə bilər.
Yerli Vulvodinianın yaranma səbəbi: Vulvodinianın yaranmasında dəqiq səbəb məlum deyil, lakin genetika, immunologiya, göbələk infeksiyasına sinir uclarının reaksiyası, sinir uclarının hiperplaziyası (qalınlaşması) və bəlkə də pəhriz daxil olmaqla bir sıra amilləri əhatə etdiyi güman edilir. Bundan başqa, tədqiqatçı alimlər əvvəlcə həmin nahiyyənin
HPV (Human Papilloma Virus) ilə yoluxduğundan şübhələnirdilər.
İltihab sahəsinin cərrahi çıxarılması ilə çıxarılan toxumalar patoloji müayinəyə göndərildi, lakin aparılan müayinədə HPV olmadığını göstərdi. Fərziyyələr arazında göbələk infeksiyasına sinir uclarının həssaslığının artmasıdır. Digər bir fərziyyə həmin nahiyyənin sinir uclarının qalınlaşmasıdır
(hiperplaziyası). Genetik və immunoloji olması haqqında da ehtimal olduğu düşünülür.
Birinci dərəcə qohumlarında (ana, bibi, xala ) vulvodinia problemi olan qadınlarda daha çox müşahidə edilir. Tərkibində aşağı dozada estrogen olan hormonal kontraseptivlərin 16 yaşından əvvəl qəbuluna başlanması qadınları vulvar vestibulit sindromuna meylləndirə bilər. Hələ də bu istiqamətdə dünya tədqiqatçı alimləri tərəfindən tətqiqatlar davam edir və hələ də vulvodinia ağrısının yaranma səbəbi məlum deyildir. Bəzi vulvodinia halları idiopatikdir, yəni heç bir xüsusi səbəb müəyyən edilə bilmir.
Vulva nahiyyəsi N.Pudendus ilə innervasiya olunur. Vulvodinia problemində əsasən genital nahiyyəyə hissiyat verən pudendal sinirdə iltihabi proseslə əlaqəli sinir uclarının “üzərinin yeyilməsi” (irritasiya) baş verir. Bununla əlaqəli vulvada yaranan ağrı narahatedici, bəzən az, bəzən də çox şiddətli olur. Bəzən ətraf nahiyyələrinə şişkinlik də verə bilir, bu zaman bu ağrılar daha da şiddətli şəkil ala bilir.
Vulvodinia problemi yaşayan qadınların bir çoxunda Vaginizm problemi də müşahidə edilir. Belə olduğu halda vulvodinia müalicəsində olunan əməliyyat venadaxili sedasiya altında icra olunur.
Keçmişdə bir çox qadınlar cinsi əlaqə zamanı ağrı hiss etsələr də bunun normal olduğunu, kişilərin cinsi əlaqədən həzz aldığını, cinsi əlaqənin qadının vəzifəsi olduğunu (paltar yumaq, ütüləmək və s.), illərlə ağrıdan əziyyət çəksələr də, bunu belə qəbul edib yaşamlarını belə davam edirdilər.
Ancaq internetdən və mediadan məlumatların ötürülməsi ilə son illər qadınlarımız bu mövzuda daha çox məlumatlı olub, seksuallıqdan gözləntiləri artıb.
Vulvanın yeri: Qadınlarda böyük dodaqlar (Labio Major) və kiçik dodaqlar (Labio Minor), kiçik labioların arasında olan (klitor başı, sidik kanalının xarici dəliyi, qızlıq zarı, vagina girişi, yəni dəhliz-latınca dəhlizə vestibil deyilir) nahiyyəni əhatə edir.
Bəzən bu ağrı keçici ola bildiyi halda, bir çox hallarda isə uzun müddətli davam edə bilir. Ağrıların intensivliyi zəif də ola bilər, çox güclü də ola bilər, hətda bəzi hallarda insanı özünə qəsd edəcək intensivlikdə də ola bilər. Ağrıların xarakteri göynəmə, iynəbatma, sancma, yaraya duz basma kimi, yandırma, kəsilmə, dartılma şəklində qadını ciddi narahat edir.
Vulvodinia ağrısı xroniki (keçməyən) olur, aylarla, illərlə davam edə bilir. Bəzən aybaşı önü dövrdə və sidiyə çıxanda, bəzən isə adi hərəkət zamanı daha çox artır. Bu ağrı qadınlar üçün çox əzabverici bir ağrıdır.
Növləri: Proses yerli olarsa (dəhliz hissə), buna Vestibilodinia və ya yerli Vulvodinia, yayılmış olarsa ( tamamilə vulva), buna Generalizə olunmuş Vulvodinia deyilir.
Vulvodinianın 2 növü vardır:•
Yerli – ağrı vulvanın eyni nahiyyəsində hiss olunur. Basqı zamanı, tapon qoymaq istərkən, cinsi birləşmədə təmas zamanı, toxunma zamanı, dar alt geyimi zamanı, idman hərəkətləri, oturma, əyilmə zamanı hiss olunur.
•
Yayılmış – ağrı vulvanın fərqli nahiyyəsində yayılmış olaraq hiss olunur və basqı və toxunma zamanı arta bilir.
Yayılmış Vulvodinia Keysəriyyə kəsiyi əməliyyatı zamanı və Labioplastika Minor zamanı aparılan kəsiyin yalnışlığı ilə əlaqədar yaranır və həddindən artıq şiddətli ağrılara səbəb olur. Bu zaman ağrılar o qədər güclü olur ki, pasient sui qəsd etməyi belə düşünür, həyat keyfiyyəti çox aşağı düşür, ağrılar heç dayanmır və sözün əsl mənasında qadının həyatını “cəhənnəmə” çevirir.
Yayılmış Vulvodinia problemi olan qadınların müalicəsi uzun sürür, tam sağalma plmaya da bilir, tam sağalma nadir olur. Müalicəsində ginekoloq və nevroloq birlikdə işləyirlər. Bu zaman ağrıları azaltmaq üçün N.Pudendusa vaxtaşırı BOTOX iynəsi (Botulin toksini) istifadə olunur. Əlbətdə ki, ağrılar tam keçməyə də bilər və fəsadların da olması qaçılmaz olmur. Fəsadı-Botulin toksininin təsirindən sidik və nəcis saxlamamaqdır. Bu hal toksinin təsiri itənə qədər davam edir və nadirən daimi xarakterə çevrilir.
Vestibulodinia: Vestibulodinia vulvodinianın yerli növüdür. Vaginanın giriş hissəsinin, yəni dəhlizin (vestibul) ağrısıdır. Bu zaman ağrı həm dəhliz hissədə, həm də qızlıq zarının toxumasında olur. Əsasən cinsi birləşmə cəhdində qadın bu ağrıları hiss edir. Xəstələr cinsi əlaqə zamanı hiss etdikləri bu ağrını vaginal girişə təmas və basqı zamanı şiddətli ağrı hissi- “yanğı, göynəmə, iynəbatma, cırılma-dartılma, kəsilmə və ya açıq yaraya duz səpilir” kimi izah edir.
Vestibul ağrısı vaginal tampon yerləşdirdikdə, ginekoloji güzgü müayinəsində, vaginal ultrason müayinəsində və ya hər hansı vaginal müdaxilədə şiddətli hiss olunur.
Vulvodinianın yaranma səbəbi haqqında çoxlu fərziyyələr yaradılmış və elmi tədqiqatlar aparılmışdır. Əvvəlcə həmin nahiyyənin HPV (Human Papilloma Virus) ilə yoluxduğundan şübhələnirdilər. İltihab sahəsinin cərrahi çıxarılması ilə çıxarılan toxumalar patoloji müayinəyə göndərildi, lakin aparılan müayinədə HPV olmadığı göstərildi.
Vestibulodinianın yaranma səbəbi ehtimallarından biri də Nervus Pudendusun vestibul nahiyyəsindəki şaxələrinin və sinir uclarının hiperplaziyasıdır. Dəqiq səbəb məlum deyildir.
Səpkilər və ödemlər müşahidə edilən dəhliz nahiyyəsinə pambıq ucluqlu çubuqla toxunduqdan sonra hiss edilən ağrı nəticəsində ginekoloji müayinə zamanı təcrübəli ginekoloq dəqiq diaqnozu asanlıqla qoya bilir.
Onun dəqiq etiologiyası ( yaranma səbəbi) bilinməsə də, yerli Vulvodinia diaqnozu qoyulmuş qadınlarda yeganə və ən effektiv müalicə üsulu bu nahiyənin əməliyyatla və ya CO2 Lazerlə çıxarılmasıdır.
Ümumiyyətlə lokal anesteziya ilə edilən və cəmi 15-20 dəqiqə davam edən bu sadə cərrahi əməliyyatlarla dəqiq müalicə təmin edilir.
Qadınların cinsəlliyə baxışı dəyişir, çünki onlar elə bilirlər ki, ağrı heç vaxt keçməyəcək və bu ağrıya onlar ömürlərinin sonuna kimi dözməyə məhkumdurlar. Hətta bu ağrıları yaşayan qadınlar digər qadınlara həsəd aparırlar. “Onlar bu ağrılara necə dözə bilirlər və onlar bu ağrılarla cinsi əlaqədən necə həzz ala bilirlər”-deyə üzülürlər, çıxılmaz duyğulara girirlər, bunu heç vaxt edə bilməyəcəklərini düşünürlər, bu düşüncələrlə özlərini çox pis hiss edirlər.
Yerli Vulvodinia problemi yaşayan qadınların bir çoxunda Vaginizm problemi də müşahidə edilir. Belə olduğu halda vulvodinia müalicəsində olunan əməliyyat pasienti qorxutmamaq və cinsi orqanından travma verməmək üçün venadaxili sedasiya altında icra olunur.
Keçmişdə bir çox qadınlar cinsi əlaqə zamanı ağrı hiss etsələr də bunun normal olduğunu, kişilərin cinsi əlaqədən həzz aldığını, cinsi əlaqənin qadının vəzifəsi olduğunu (paltar yumaq, ütüləmək və s.) , illərlə ağrıdan əziyyət çəksələr də, bunu belə qəbul edib yaşamlarını belə davam edirdilər.
Ancaq internetdən və mediadan məlumatların verilməsi ilə son illər qadınlarımız bu mövzuda daha çox məlumatlı olub, onların seksuallıqdan gözləntiləri artıb.
Yerli Vulvodinia/Vestibulodinia ginekoloji müayinədən sonra cinsi problemlərin həlli üzərinə təcrübəsi olan ginekoloq tərəfindən asanlıqla diaqnoz qoyula bilər. Müalicə prosesə cəlb olunmuş nahiyənin sadə cərrahi əməliyyatla və ya CO2 Lazerlə aradan qaldırılmasıdır.
Ağrı nə zaman olur:
• Bütün gün ərzində və ya vaxtaşırı olur.
• Hərəkət edən zamanı (əyilmə, qalxma, oturma , durma, hoppan və s.) hiss oluna bilər.
• Ginekoloji müayinə və ya tampon qoyan zaman ola bilər.
• Cinsi əlaqə zamanı və ya cinsi əlaqəyə cəhd zamanı penisin vulvaya təkanı, basqısı zamanı hiss oluna bilər.
Ağrılı cinci əlaqə disparonia olaraq bilinir və disparonia probleminin vulvodiniadan başqa səbəbləri də vardır.
Vulvodiniadakı ağrı, vulvada yalnız bir nahiyyədə və ya bütün vulvada olur. Vulvodinia qadının cinsi həyatına, cinsi yaşamına təsir edir, partnyoru ilə cinsi münasibətlərin soyumasına gətirib çıxarır və bir müddət sonra VAGİNİZM probleminin yaranmasına səbəb olur, onun öz güvəninin azalmasına, depressiyaya düşməsinə səbəb olur. Müalicə almadıqda depressiya artaraq qadını özünə qəsd etməyə, ən yaxşı halda isə boşanmaya sövq edir.
Diaqnoz: Ginekoloji müayinədə çox vaxt vulva nahiyyəsində heç bir dəyişiklik görünmür. Bir çox hallarda isə iltihabi (VVS) prosesə uyğun ya azacıq, ya da kəskin fərqlənən qızarıqlıq və şişkinlik sahələri görünür. Çox vaxt adi toxunma zamanı qadınlar bu nahiyyədə ağrı və həssaslığın olduğunu bildirirlər.
Diaqnozu ginekoloji müayinə və pasientin bildirdiyi əlamətlərlə çox asanlıqla qoyulsa da, təəssüf ki vulvodinia problemi haqqında yer üzündəki ginekoloqlarının ancaq 2%-i bu bilgiyə sahibdir. Pasientlər isə həkim həkim gəzəzrək özlərinə çarə axtararkən, bir çox həkimlərdən yalnış məlumat almaqdadırlar.
ISSVD tərəfindən müəyyən edilmişdir ki, diaqnozun qoyulması üçün simptomlar ən azı üç ay davam etməlidir.
Diaqnoz digər mümkün səbəbləri istisna etməklə qoyulur. Bu, nahiyənin biopsiyasını əhatə edə və ya etməyə də bilər. Pambıq çubuq sınağı ümumiləşmiş və lokallaşmış ağrıları ayırd etmək və ağrı sahələrini və şiddətini təyin etmək üçün istifadə olunur. Xəstələr çox vaxt pambıq uclu çubuğun toxunmağını bıçağın kəsməsi kimi son dərəcə ağrılı hiss edirlər.
Prosesə məruz qalan qadınların yalnız təxminən yarısı ginekoloqa müraciət edir. Müraciət edən qadınların yalnız 2%-i diaqnostika əldə edir. Onların bir çoxu düzgün diaqnoz qoyulana qədər bir neçə həkimə müraciət edir. Ginekoloqların yalnız 2%-i bu problemlə tanışdır. Üstəlik, diaqnoz uğurla qoyulana qədər bir çox xəstələrə ağrının "başlarında" olduğu bildirilmişdir. Əslində isə belə deyil.
Diferensial diaqnozİnfeksiyalar: sidik yollarının infeksiyası, kandidoz, herpes, HPV, HSV
İltihab: liken planus
Neoplazma: Paget xəstəliyi, vulva karsinoması
Nevroloji pozğunluq: herpes virusuna ikincil nevralgiya, onurğa sinirinin zədələnməsi
Yalnış diaqnoz və məsləhətlər:- Psixoloji ağrıdır.
- Heç bir problem yoxdur.
- Qızlıq pərdəsi qalındır.
- Qızlıq pərdəsi normal olsa da, guya o kəsilərərk açılmalıdır.
Müalicə: Müxtəlif müalicə tədbirləri təyin edilsə də, çox vaxt bu üsullar effektiv deyil və onların effektivliyini göstərən sübutlar çox vaxt dəstəklənmir.
Pambıq alt paltarından istifadə etmək, həmin nahiyyəni qıcıqlandıra bilən maddələrdən istifadə etməmək və cinsi əlaqə zamanı sürüşkənləşdirici yağdan kremdən istifadə etmək kimi bir sıra həyat tərzi dəyişiklikləri tez-tez tövsiyə olunur. Bu tövsiyyələrin effektliliyi tam öyrənilməmişdir.
Tədbirlərdən bəzilərinə vulvanın gigiyeva qaydaları, pəhriz dəyişiklikləri, dərmanlar, məsləhətlər və konservativ müalicədir. Müalicə effekt vermədikdə cərrahi üsulla problem aradan qaldırılır. Qadınların 16%-ə qədərinə üsulların təsir etdiyi təxmin edilir. Heç biri eyni dərəcədə effektiv olmayan bir sıra mümkün müalicələr var.
Vestibulodinia müalicəsi 3 yolla həyata keçirilir:• Dərman müalicəsi (öz xüsusi və yeni üsulumla).
• Lazer CO2 ilə mukozanın koaqulyasiyası (vulvar vestibulektomiya proseduru).
• Cərrahi olaraq mukozasının çıxarılmasıyla (vulvar vestibulektomiya əməliyyatı).
Vulvodinia müalicəsində fərqli müalicə üsulları tətbiq ediilir. Bunlardan ən effektlisi Fraksion CO2 Lazerlə və ya əməliyyatla Vestibuloektomiyadır.