Vaginizmin əlamətləri
Vaginizm problemi yaşayan qadınlar cinsi əlaqədə çox şiddətli, dözə bilməyəcəyi ağrı və qanama gözlədikləri üçün qorxurlar. Bu zaman qızlar cinsi əlaqəyə girməkdən imtina edirlər. Əslində bunu etmək istədiklərini, gün ərzində nə qədər özlərini hazırlasalar da o anda bu düşüncələrin və əzələ sıxılmalarının baş verməsindən dolayı bu prosesi icra edə bilmirlər. Cəhdləri hər dəfə hüsranla bitir və bu durum cütlərin hər ikisinə də ümidsizlik, çarəsizlik hiss etdirərək, heç vaxt bu durumun düzəlməyəcəyini düşündürür və hər dəfə cütlər üzülərək özlərini pis hiss edirlər.
Cütlər bir birini sevərək evlənirlər. Ön sevişmə etapını çox normal keçdiklərini söyləyirlər. Növbə cinsi əlaqə anına gəldikdə hər dəfə eyni mənzərə ilə qarşılaşırlar. Sadəcə olaraq cinsi əlaqə anında özündə və bədənində baş verən dəyişikliklərə, əzələlərin , əsas da budların, vaginanın və qalçanın sıxılmasına bir anlam verə bilmir.
Əlamətlərə ürək döyüntüsü, qorxu, həyəcan, tərləmə, əsmə, titrəmə, ağlama, qorxulu baxışlarla baxmaq və s. də qoşula bilər. Bu zaman bədəndə yaranan gərginlik və əzələlərin sıxılması vagina girişini daraldır və bu zaman kişinin cinsiyyət orqanının içəri keçməsi mümkün olmur. Vaginizmi olan qadınlarda bəzən ağrı ilə qarşılaşmaq olur və bəzən sadəcə qorxu olur. Daha sonra cinsi əlaqə istəməyən qadın budlarını, dizlərini möhkəm bağlayır və partnyorunu itələyərək, ya da özü qıvrılaraq geri çəkilir və cinsi əlaqə cəhdini dayandırır. Bu proses hər dəfə bu cür sonlanır. Hər uğursuz cəhddən sonra cütlər ümidsizləşir, kədərlənir, bu durumdan ciddi təsirlənirlər. Zaman keçdikcə problem yalnız cinsi problem olmaqdan çıxır, cütlüyün bütün sosial həyatına və evliliyinə təsir edənə qədər genişlənir.
Vaginizm problemi yaşayan qadınlar cinsi əlaqə cəhdini və müayinəyə getməyi və müalicə almağı ertələməyi və bunun üçün bəhanələr tapmağı seçirlər. Amma müalicəyə başladıqdan sonra, hətda ilk seansdan sonra müsbət nəticəni görür və həmişə özlərinə eyni sualı verirlər :
“Əgər bu qədər asan olduğunu bilsəydim... Niyə bu qədər gözlədim? Kaş ki, müalicəyə daha tez gəlsəydim...