Genital estetik

Qadının xarici cinsiyyət üzvünün böyük və kiçik dodaqları vardır. Sağ və sol böyük dodaqlar üzərində tük örtüyü vardır və adına latınca Labio Major deyilir. Böyük dodaqların arasında yer alan dodaqlara isə kiçik dodaqlar deyilir, buna latınca Labio Minor adı verilmişdir. Labio Minorun arasındakı sahənin adı vulvadır. Vulvada sıra ilə yuxarıdan aşağıya doğru sıralasaq : ən yuxarıda kiçik ölçüdə sidik kanalının dəliyi, ondan aşağıda isə daha böyük ölçüdə vagina girişi dəliyi yer alır. Labio Minorların yuxarıda bir birilə birləşən yerində bir hündürlük vardır, adı Klitordur. Klitor sinir ucları ilə çox zəngindir və çox erogen sahədir. Erogenliyi o qədər yüksəkdir ki, bu nahiyyənin oyandırılması zamanı qadında klitoral orqazm baş verir. Klitorun üstündəki və sağ-solundakı dəri nahiyyəsinə Hud adı verilmişdir. Bəzən Labio Major, Labio Minor və Hud normal ölçülərindən böyük, asimmetrik, sallaq, uzun və qırışıqlı ola bilir. Bu zaman xanımlar həm görüntüyə görə kompleks yaşayır, həm bu nahiyyələr nəm qaldığı üçün infeksiya mənbəyi olaraq, vaginit, bartolinit, vulvit və s. kimi problemlərin yaranmasına səbəb olur. Gənc qızlar bu cür görüntüdən utanaraq ailə həyatı qurmağı düşünmək belə istəmirlər. Cinsi əlaqə yaşayan qadınlar isə klitoral anorqazmiya (klitordan boşala bilməmək) problemi yaşayırlar, eyni zamanda cinsi orqanının görüntüsündən utanaraq əlaqədən qaçırlar. Bəzən tələbkar və kobud ruhlu həyat yoldaşları xanımının bundan utanacağını nəzərə almayaraq onu aşağılayır, alçaldır, ondan həzz almadığını söyləyərək depressiyaya salır, qadın bundan öz güvənini itirir və aralarında soyuq müansibətlər yaranır. Bu hallar bəzən ailə dağılmasına da yol aça bilir. Labioplastika və Hudoplastika əməliyyatı gənc qızları komplekslərindən azad etmək üçün ən yaxşı üsuldur. Kiçik cinsiyyət dodaqlarının və klitorun yan-üst tərəfindəki dərinin sallaq, qırışıqlı , uzun, qara olması görünüşdən əlavə, qadınlara həm də ağrı ( alt paltara sürtünərək ) verməsi ilə də diskomfort yaradır. Bu əməliyyatı ailə qurmayan qızlara da etmək olur. Labioplastika və Hudoplastika əməliyyatı qızlıq zarına heç bir zədə vermir. Əməliyyat nahiyyəsi qızlıq zarından 5-7 sm uzaqda olur. Gələcəkdə də ana olmağa , sağlamlığa, doğuşa, cinsi əlaqəyə ziyanı və cinsi istəyə heç bir mənfi təsiri yoxdur. Əməliyyat 30 dəqiqə çəkir, əməliyyatdan sonrakı mərhələ ağrısız olur, pasient elə həmin günü evə buraxılır, əməliyyat nahiyyəsi 10 - 15 günə izsiz sağalır. Əməliyyat cərrahi üsulla edilir.
VACİB MƏLUMAT: Əməliyyat bu sahədə təcrübəsi olmayan həkim tərəfindən edildikdə labiolar tamamilə götürülə bilər, bu fəsadı təəssüf ki sonra bərpa etmək mümkün olmur. Hudoplastikanı səriştəsiz həkim edərsə, klitoru tamamilə kəsib götürərsə,hissiyyat tamamilə itər və həzz hissi itər, qadın ömür boyu klitoral orqazm yaşaya bilməz. Həkimi seçərkən mütləq yaxşıca araşdırmağınız məsləhətdir.