Vaginizmin ginekoloji səbəblərindən

Vaginizmin ginekoloji səbəblərindən
Vulvar Vestibulit Sindromu (VVS): Vaginal girişə toxunma zamanı yaranan ağrı, həddindən artıq həssaslıq və səpkilərlə özünü göstərən vestibulit sindromu vaginizm və disparuniyanın (ağrılı cinsi əlaqə) ən çox görülən orqanik səbəbidir.
Vulvar Vestibulit sindromun (VVS) ginekoloji müayinədən sonra təcrübəli ginekoloq tərəfindən asanlıqla diaqnoz qoyula bilər. Müalicəsi etiologiyasına uyğun genital infeksiyaların müalicəsi istiqamətində aparılır.

Yerli Vulvodinia/Vestibulodinia: Vaginal girişə təmas və basqı zamanı yanğı, göynəmə, iynəbatma, yaraya duzbasma, cırılma-dartılma, kəsilmə kimi ağrıların olması. Proses yerli olarsa (dəhliz hissəni), buna Vestibilodinia, yayılmış olarsa ( tamamilə vulvanı), buna Vulvodinia deyilir.
Vulvodinia/Vestibulodinia ginekoloji müayinədən sonra təcrübəli ginekoloq tərəfindən asanlıqla diaqnoz qoyula bilər. Müalicə o nahiyənin sadə cərrahi əməliyyatla və ya lazerlə çıxarılmasıdır.


Kiçik Çanağın İltihabi Xəstəlikləri

Daxili genital sistem, uşaqlıqdan, hər iki tərəfdən uşaqlığa birləşən borulardan və yumurtalıqlardan ibarətdir. Uşaqlığın daxili hissəsini örtən qata "endometrium" deyilir. Vaginada çoxlu mikrob olsa da, endometrium, borular və yumurtalıqlar sterildir. Vaginada olan çoxlu mikroblar uşaqlıq boynunun selikli qişasının tərkibindəki “filtrin” hesabına mikroblar bu nahiyyədə tamamilə yox olur.

Vaginadakı bəzi infeksiyalar uşaqlıq boynundan zamanla rahatlıqla uşaqlığa, oradan isə borulara və yumurtalıqlara keçməsinə səbəb olur.

Endometriumda olan infeksiya endometriyanın iltihabını, yəni “endometrit”, borularda olan infeksiya boruların iltihabını, yəni “salpinqit” və yumurtalıqlarda olan infeksiya yumurtalıqların iltihabını, yəni “ooforit” yaradır və bütün bu infeksiyalar “çanaq orqanlarının iltihabi xəstəliyi” anlayışındadır. Çanaq orqanlarının iltihabi xəstəlikləri cinsi əlaqə zamanı ağrı və qıvrılmalara səbəb ola bilər.


Bartolinit və Bartolin kisti:

Vaginal girişin hər iki tərəfində (sağ və solda) yerləşən Bartolin vəziləri cinsi əlaqə zamanı ifraz etdikləri ifrazatlarla vaginal kanalın yağlanması təmin edir.

Bu vəzin ifraz etdiyi ifrazatı vaginal kanala aparan nazik bir kanalı var. Vəzinin bu nazik kanalında tıxanma olarsa, oradakı ifrazat toplandıqca vəz şişir və vaginal girişdə (adətən bir tərəfdə) kütlə hiss olunur. Bu kütlə "Bartolin kisti" adlanır.

Bartolin kisti zamanla onun içində çoxalan mikrobların hesabına şişkin, səpgili görünən və ağrıya səbəb olan Bartolin absesləri (Bartolinit) əmələ gətirir.


Vaginal Göbələk İnfeksiyası

Candida tipli göbələk infeksiyaları qadınlarda tez-tez görülə bilər və cinsi əlaqə zamanı vulvo-vaginal qaşınma, səpgi, iltihab, ağrı və cinsiyyət nahiyəsində şişlik (ödem) kimi əlamətlərə səbəb olur.
Candida infeksiyaları arasında ən çox rast gəlinən infeksiya “Candida Albicans”dır və qadın, heç olmasa bir dəfə də olsa, həyatında bu infeksiya ilə mütləq qarşılaşır.
Sadə bir ginekoloji müayinədən sonra infeksiya müəyyən edilə bilər və asanlıqla müalicə edilə bilər.


Anadangəlmə anatomik maneələr

Anatomik maneələr arasında qısa və kor vagina, vaginanın divarındakı septum (arakəsmə), qalın, sərt və yüksək kənarlı qızlıq pərdəsi (sərt qızlıq pərdəsi) ola bilər. “Müller ageneziyası” adı altında toplanan vaginanın müəyyən anadangəlmə anomaliyaları çox nadirdir və müəyyən əməliyyatlarla düzəldilə bilər.

Qızlıq pərdəsinin normaldan daha qalın, sərt və hündür kənarlı olması halı müayinə otağında qızlıq pərdəsinin çıxarılması əməliyyatı ilə həll edilə bilən bir problemdir.

Normalda vaginizm müalicələrində qızlıq pərdəsinin çıxarılmasını (Hymenotomy) məsləhət görürük. Qızlıq pərdəsinin quruluşu ilə bağlı problemlərlə nadir hallarda rastlaşırıq.

Vaginizmdə ginekoloji səbəbləri bir ginekoloq tərəfindən dərman və ya sadə əməliyyatlarla müalicə edilə bilər. Beləliklə, lazımsız psixoloji müalicələrə riayət etmədən problemin öhdəsindən gəlmək olar.