Vulvar Vestibulit Sindrom (VVS)

Vulvar Vestibulit Sindrom (VVS)
Vulvar vestibulit sindrom (VVS), vestibulodinia, ya vulvar vestibulit və ya da "yerli vulvodinia" vaginanın girişində olan dəhliz nahiyyəsində lokallaşmış ağrıdır.

Vulva, xarici cinsiyyət orqanının adıdır. Bu zaman qızlıq pərdəsi, vulva ilə vagina arasında çox vaxt səpgilər, qızartılar olur. Üstəlik, bu nahiyyə istənilən toxunuşa son dərəcə həssasdır. Bu zaman cinsi əlaqə ya çox ağrılı olur və ya ümumiyyətlə mümkün olmur.

Əlamətləri :
Cinsi əlaqə təmasında, ginekoloji müayinə təmasında, tampon qoyarkən təmasda, vahinal şam qoyarkən, bəzən isə sidiyə çıxdıqdan sonra, hətda oturanda , əyiləndə, hərəkət edəndə vagina girişində baş verən çox narahatedişi şiddətli (şiddəti 10 bal üzərində dəyərləndirilir) ağrıların olması.
Qadın bu ağrıları göynəmə, iynəbatma, yanğı, açıq yaraya duz basma, dartılma-cırılma kimi hiss edirlər.


Vulvodinia - vulvanın ağrısı, vestibulodinia - vestibulun, yəni vaginanın dəhliz hissəsinin ağrısı deməkdir.
Vestibuldakı ağrının yaranma səsəbi məlumdursa və iltihab aşağıda adları çəkilən proseslərdən ən azından birinin fonunda yaranıbsa, bu zaman diaqnoz VULVAR VESTİBULİT SİNDROMDUR (VVS).

VVS-də ağrının səbəbi vestibulun hər hansı səbəbdən iltihabi prosesə cəlb olunmasıdır. Bu iltihabi proses :
  • Göbələk infeksiyası (Candida albicans)
  • HPV ( Human Papilloma Virus) təzahürləri
  • HSV ( Herpes Simplex Virus) təzahürləri
  • Cinsi yolla keçən infeksiyalar
  • Sidik cinsiyyət yollarının bakterioloji iltihabı
  • Atrofik vaginit (şəkərli xəstələrdə və menopauzal dövrdə, hipoestrogeniya hallarında)
  • Bartolinit (abses, kista) ola bilər. Bu zaman diaqnoz qoyulduqdan sonra müvafiq müalicə ilə problem və əlamətlər aradan qalxır.
  • Kontakt Dermatit
  • Lichen Sclerosus
  • Vaginoplastikanın uğursuz icrası zamanı
  • Labio Minor plastika uğursuz icrası zamanı və s.

Vestibuldakı ağrının yaranma səbəbi məlum deyilsə və ağrılar bütün olunan müalicələrə baxmayaraq 3 aydan çox var olaraq qalırsa, bu zaman diaqnoz XRONİKİ VULVODİNİA VƏ YA XRONİKİ VESTİBULODİNİA OLARAQ QOYULUR.

Vulvar vestibulit sindrom (VVS) premenopozal qadınlara mənfi təsir edən vulvodinianın ən çox görülən növüdür. Bu zaman qadında estrogen hormonunun azalması zamanı vahinada quruluq yaranır, cinsi əlaqə zamanı vaginanın selikli qişasında çatlar yaranır, bakteriyaların həmin çatlara sirayəti zamanı iltihabi proses başlayır və bu da çox narahatedici ağrılara səbəb olir.
Bu dövrdə ginekoloji yardım axtaran qadınların təxminən 10%-15%-ində qeyd edilmişdir.

İlk gecədə Qızlıq pərdəsinin aşağı hissəsində, yəni vagina girişi nahiyyəsində (dəhliz) , daha dəqiq deaək, arxa komissurada cırılma baş verir, bu da həddindən artıq ağrıya və həssaslığa səbəb ola bilir.

İlk gecədə baş verən kobud cinsi əlaqə də şiddətli ağrıya səbəb ola bilər və ağrı nəticəsində yaranan vaginizm, disparonia və anorgazmiya (orgazm ola bilməmə) kimi şikayətlərə aid edilən sindromdur.

Vulvar Vestibulit Sindrom (VVS) müalicəsi:
  • Pasientdən diqqətli anamnez toplanılır
  • Xüsusi peşəkarlıqla (bakirədirsə) ginekoloji müayinə edilir.
  • Vaginal axıntıdan bakterioloji yaxma materialı götürülür.
  • Cavaba əsasən ağrı əlamətlərinin itməsinə üstünlük verən xüsusi kompleks müalicə sxemi təyin edilir.
  • Müalicə müaddəti bitdikdən sonra təkrar müayinədə ağrının itib itməməsi dəqiqləşdirilir.

Əgər aparılan xüsusi kompleks müalicədən sonra ağrı itibsə, demək ki, problem VVS olduğu təsdiqlənir.
Əgər aparılan müalicəyə baxmayaraq, ağrı dəhliz nahiyyədən itməyibsə, demək ki, diaqnozumuz Lokal Vulvodinia olacaq.