Seksual miflər (şişirtmələr)

Seksual miflər (şişirtmələr)
Uşaqlıq dövrlərindən qalan (ümumi) qorxu ilə yaşayan insanlarda vaginizm problemi daha asan formalaşır. Əsasən qorxular, simvolik olaraq penisin vaginaya daxil olması ilə bağlı güclü ağrı, parçalanma və ölümlə qarşacaqları istiqamətində olur, bu istiqamət isə ailəli qadınlar tərəfindən şişirdilmiş məlumatlar verərək formalaşdırılır.

Bu qadınların şüuraltına yazılan yalnış və şişirdilmiş fikirlər demək olar ki, həmişə sonrakı həyatda vaginizmə şərait yaradır.
Cəmiyyətdə seksuallıqla bağlı çoxlu yalnış və qətiyyən həqiqətə uyğun olmayan miflər (quraşdırmalar) meydana çıxır.

“Dar Vagina” düşüncəsi
"Vaginam normaldan daha dardır" fikri...
Qadınlar müayinəyə gələrkər belə ifadə edirlər:-“Mənim vaginam çox kiçikdir (və ya çox dardır), ona görə də cinsi əlaqədə ola bilmirəm” kimi bir fikir ümumiyyətlə doğru deyil, çünki vagina çox elastik quruluşa malikdir; uşaq doğuş zamanı uşağın 10 sm diametrli başını keçə biləcək qədər uzana və genişlənə bilər.

Bu qadınların heç bir anotomik anomaliyasının olmamasına baxmayaraq (bəzən istisnalar olur), onların bu cür düşünmələri təbiidir. Vaginizmin ortaya çıxması çox vaxt cinsiyyət orqanlarının anatomik quruluşu ilə əlaqəli olmur.
Amma aşağıdakı sadalanan anatomik genital problemlərə də rast gəlinir:
Hymen- qızlıq zarı deməkdir.
• Comissura posteriorun çox yuxarıdan olması,
• Hymenin hipertrofik (qalın, ətli) olması,
• Hymen dəliyinin çox kiçik olması,
• Hymenin arxa kənarının çox hündür olması,
• Hymenin arakəsməli (septum) olması,
• Vaginanın arakəsməli olması,
• Vaginanın atreziyası (anadangəlmə olmaması və ya qısa olması) və s. şəklində anomaliyaların olması dolayı yolla vaginizmin yaranmasına səbəb ola bilər.

İlk gecənin çox ağrılı və qanlı olacağı düşüncəsi
Əgər qadın ilk gecə çox rahatdırsa, o, ümumiyyətlə qanamaya və ya çox az qanaya bilər. Eyni zamanda, ağrı çox az və ya heç olmaya bilər. Ancaq cinsiyyət orqanının yeridilməsi zamanı gərginləşən və özünü, budlarını sıxan qadınlarda normaldan daha çox ağrı və qanaxma olması təbiidir.

Qızlıq pərdəsinin ilk gecədə pozulması düşüncəsi
Qızlıq pərdəsi partlayan, çatlayan, deşilən bir quruluş deyil. Bu, vaginal girişdən 2 sm məsafədə yerləşən təxminən 2 mm qalınlığında olduqca nazik bir zardır. İlk penetrasiya zamanı bir neçə millimetr cırılma, bəzən bir neçə damcı qan gəlməsinə baxmayaraq, çox vaxt heç qanamır.

Penis Captivus (bir-birinə bağlanma) fenomeni
Ən maraqlı cinsi miflərdən biri “penis captivus” fenomenidir. Bu mifdə cinsi əlaqə zamanı penis vaginaya daxil olduqdan sonra çıxa bilmir və vaginal əzələlərin daralması səbəbindən ilişib qalır.
Bu vəziyyət cinsi paranoyadır və vaginizm xəstələrinin bəziləri eyni hekayəni söylədikləri ən böyük xurafatlardan biridir.

Əslində heyvanlarda (xüsusilə də itlərdə) çox normal (fizioloji) bir vəziyyət olsa da, bu xüsusi vəziyyət insanlarda baş verə bilməz.

Heyvanlardakı penis captivus fenomenində erkək itin cinsiyyət orqanı dişi itin vaginasına daxil olduqdan sonra boşalır. Vaginaya boşalmış spermanın dişi itdə yumurtaları dölləməsi üçün erkək itin prostat kisəsindən ifraz olunan müəyyən maddələrə ehtiyacı var. Bu vəziyyətdə dişi it təxminən bir saat vaginasını sıxaraq erkək itin cinsiyyət orqanının çıxmasının qarşısını alır və beləliklə də hamilə qalma şansını artırır.

İnsanın çoxalmasında belə bir gedişat olmur. Lakin bu cür əhvalatlar və lətifələr dostlar arasında zarafat kimi danışılır və bununla da dinləyicinin şüurunda müəyyən qorxular yaranır ki, bu da sonrakı problemlərə zəmin yarada bilər.

Vaginizmin növləri
Vaginizm bütün dünyada olduğu kimi Azərbaycanda da rast gəlinən qadınların cinsi disfunksiya problemidir.
Müxtəlif səbəblərdən yaranan bu problemin müxtəlif növləri var.
Müəyyən bir həyat tərzi olan insanlar üçün, sonrakı illərdə vaginizmlə qarşılaşma tezliyi artır.
Vaginizm, cinsi istəksizlikdən çox fərqli bir anlayışdır.

Birincili vaginizm
Daha əvvəl heç vaxt cinsi əlaqənin olmadığı bir vəziyyətdir.

İkincili vaginizm
Bu, vaginizmin cinsi və ya genital travmadan (fəsadlı doğuş, travmatik genital əməliyyatlar, sedasiyasız cərrahi abort, kobud ginekoloji müayinə, taciz və ya təcavüz) sonra inkişaf edir, bundan əvvəl isə sağlam cinsi əlaqənin mümkün olduğu vəziyyətdir.