Niyə cinsi əlaqə mümkün olmur?

Niyə cinsi əlaqə mümkün olmur?
Normalda partnyorunuza güvənməklə, onu sevməklə, qarşılıqlı istəyərək siz həzzin gözəl anlarını yaşaya bilirsiniz. Cinsi yaxınlıq zamanı da siz xoşbəxt və ahəngdar bir əlaqə qura bilirsiniz.
Amma... Ön sevişmənin gözəl getməsi və cinsi əlaqəyə çevrildiyi an, vaginanız birdən büzülür və böyük ehtimalla sizə “o bölgə tamamilə bağlanıb, sanki penis içəri girmək cəhdində divara dəyir” hissini verir və bəzən də sizə elə gəlir ki, penisin içəri keçməsi sizə zərər verə bilər.
Bəzən “əvvəlcədən planlaşdırdığınız ağrı gözləntiləri” real olmayan ağrılar hiss etməyə səbəb ola bilər. Cinsi əlaqə cəhdində ağrı gözləməsi vaginanın büzülməsinə səbəb ola bilir və büzülərək, insanın daha real ağrı hiss etməsinə səbəb ola bilir və beləliklə, vaginanın girişində qapalı və ağrılı dairənin olduğu hissini yarada bilir.

Halbuki ən həzzverici proses sayılan cinsi əlaqədə, ağrı və ya narahatlıq olmamalıdır, ancaq həzz və xoşbəxtlik olmalıdır.
Əslində cinsi əlaqənin ən mühüm məqsədi həzz almaqdır.
Aşağıdakı şəkildə göstərilir:

Niyə cinsi əlaqə mümkün olmur?
1) Vaginizm zamanı Bulbocavernosus və PC əzələsinin sıxılması.
2) Normal vaginanın anatomik görüntüsü.

Vaginizm olan qadınlarda beyinlə bədən heç vaxt cinsi əlaqə anında biri birinə tabe olmur. Beyin (şüuraltı mərkəz) cinsi əlaqədə olmaq istəsə də bədən bunu icra edə bilmir. Bu zaman beyindən gələn “ pis mesajlar” vaginadakı əzələləri (xüsusilə də Bulbocavernozus və PC əzələsi) istemsiz reaksiya ilə büzülməyə vadar edir.

Ağrı gözləməsi nəticəsində cinsi əlaqə ya heç mümkün olmur və bəzən çox ağrılı olur. Beləliklə, yaşanan ağrı, vagina əzələsinin "yaddaşına yerləşərək" kodlaşır, hər cəhd zamanı əzələnin büzülməsinə səbəb olur və günü gündən narahatlıq və qorxunun artmasına səbəb olur. Eyni zamanda, hər bir ağrılı cəhd bu “yalnış əzələ yaddaşının” güclənməsinə kömək edir. Bu vəziyyət tam şəkildə yerləşdikdə, qadın “mən partnyorumla cinsi əlaqədə olmaq istəyirəm” desə də, hər bir əlaqə cəhdindən sonra kişi “penisini divara dəymiş kimi” hiss edir, qadın bədəni üzərində nəzarəti tam itirərək, “ciddi diskomfort” yaşayır.

Bir pasientin hekayəsi:
"Bir-birimizi sevərək evlənmişik. Əslində o günü çoxdan gözləyirdik. O ana qədər hər şey normal davam etsə də, o andaelə düşünürəm ki, orda dəlik yoxdur, bərk divar kimidir, içəri girmək mümkün deyil. Nədənsə özümü boş tuta bilmirəm. Bəzən özümü sıxdığımı belə hiss etmirəm. Yoldaşımın dediklərindən bilirəm ki, o anda özümü sıxmışam. Bəzən isə ayaqlarımı və bədənimi o qədər sıxıram ki, cəhdimizdən sonra günlərlə ayağımın, bədənimin ağrısını unutmuram. Hər cəhdimizdə çox güclü ağrı olacağını düşünürəm, özümdən asılı olmadan əlaqədən imtina edirəm. Artıq ikimiz də çox yorulmuşuq."

Problem zamanla sadəcə cinsi əlaqədən kənara çıxa və “ailə probleminə” çevrilir və genişlənərək müxtəlif ailə problemlərə səbəb ola bilir.

Ona görə də ən qısa zamanda peşəkar dəstək almaq vacibdir.
Vagina içərisi boşluq olan boru şəkilli bir orqandır. Bu “yastı boru” şəkilli orqanın içərisi boşluq olduğuna gorə, adi halda vaginanın yuxarı və aşağı divarı bir birirnin üzərinə söykənərək durur və ancaq içərisinə hər hansı bir cismin (vaginal güzgü, tampon, şam, penis, pessari, aybaşı qabı, barmaq) girdiyi zaman orqan öz yastı boru formasını alır.

Vaginanın üç mühüm funksiyası:

1. Aybaşı qanının axdığı kanaldır,
2. Cinsi əlaqənin baş verdiyi kanaldır,
3. Doğumun baş verdiyi kanaldır.

Vagina, özünə xas olan müəyyən funksiyaları olan digər orqanlarımız kimi “adi bir orqandır”. Əslində bura keçid sahəsidir. Belə ki, Vaginanı əhatə edən güclü PC əzələsi həm çoxalma, həm də sidik kanalının sfinktorunun (sidik kanalının dəliyi ətrafındakı dairəvi əzələ) , həm də anusun sfinktorunun (düz bağırsağın dəliyi ətrafındakı dairəvi əzələ) büzücü əzələsinin idarəsində əsas rol oynayır.

Normalda qadın tualetə getməli olduğu zaman Bulbocavernosus və PC əzələsini sıxır və sidik edərkən onu rahatlaşdırır. Beləliklə, PC əzələsi insanın öz nəzarəti altında könüllü olaraq işləyən bir əzələdir. Halbuki vaginizm xəstələrində cinsi əlaqə zamanı bu nəzarət itir. Belə ki, normal olaraq onu içində saxlaya bilən insan cinsi əlaqə zamanı həmin nahiyədəki əzələlərinə əmr verə bilmir. Əzələ öz hesabına işləyir, yəni şüuraltı mərkəzdən gələn əmrlər hesabına sıxılır, ginekoloji müayinə, vaginal tampon və s. və ya cinsi əlaqə zamanı penisi təhlükə esab edərək, vaginaya hər hansı bir cismin girişini inkar edir.