Vaginizm diaqnozu

Vaginizm diaqnozu
Vaginizm diaqnozu cinsi terapiya ilə məşğul olan, təcrübəli ginekoloq tərəfindən sadə ginekoloji müayinədən sonra qoyula bilər.
Bu o deməkdir ki, cinsi problemlə üzləşən qadınlara ilk növbədə ginekoloqa müraciət edib müayinədən keçmələri təklif olunur.

Təəssüf ki, vaginizmdən əziyyət çəkən bəzi qadınlar da həkim müayinəsindən keçməkdən narahat olurlar. Çox vaxt qadınlar müayinəni cinsi əlaqə zamanı qarşılaşdıqları vəziyyətə çox bənzədərək təşviş içində ayaqlarını bağlaya və ağlama tutmaları keçirə bilərlər.

Həkimə güvənmək, müayinənin gedişini xəstəyə dürüst söyləmək, müayinənin ağrısız olması və bir neçə dəqiqə davam edəcəyini bildirmək pasienti rahatlaşdırır.
Müalicədən əvvəl ginekoloji müayinə son dərəcə əhəmiyyətlidir. Çünki vaginizm səbəbi psixogen yox, anatomikdirsə, o zaman problem sadə bir cərrahi əməliyyatla aradan qaldırıla bilər. Ona görə də vaginizm xəstələri ilk növbədə cinsi problemlərin həlli sahəsində çox təcrübəsi olan ginekoloq tərəfindən müayinədən keçmələri mütləqdir!

Bir çox anadangəmə anatomik genital problemlər var ki, bu da cütlərin cinsi əlaqəyə girə bilməməsinə səbəb ola bilər və bunun diaqnozu ilə bir insanın aylar və ya illərlə lazımsız psixoterapiya almasına səbəb ola bilər.

Cinsi disfunksiya olan vaginizmdə cinsi əlaqə zamanı vaginanın aşağı 1/3 əzələsində sıxılmalar səbəbiylə penis vaginaya girə bilmir və ya çox çətinliklə, qismən girə bilir və ağrıya səbəb olur. Sıxılmalar təkcə vaginanın aşağı 1/3 hissəsində deyil, eyni zamanda bütün bədən əzələlərində baş verir. Problem 90% illərlə şüuraltına yerləşdirilmiş müəyyən qorxulardan qaynaqlanır.
Bu arada, vaginizmdən əziyyət çəkən qadınlar yad cisimləri, məsələn, tampon, suppozitoriya və ya barmaqlarını vaginalarına daxil edə bilmədikləri (bu hallarda ağrı hissi) müşahidə edilir. Nadir hallarda çox çətinliklə daxil edə bilir.

Qadını dinlədikdən sonra sadə bir ginekoloji müayinə, dəqiq diaqnozu qoymağa kifayət edir.