Hamiləlik tətbiqi
I GƏLİŞ: 12 Həftəyə qədər
Yaxşı olar ki, 6-8 həftədə gəlinsin. Bu zaman ilkin olaraq qanda HCG Testi ilə qadının hamilə olub olmadığı dəqiqləşdirilir. Əgər cavaba əsasən hamiləlik diaqnozu qoyularsa, növbəti etapa keçilir...
Məsləhətvermə (həkim hamiləliyin fizioloji (normal) gedişini hamilə qadına məlumat verir, anamnez toplayır və s.)
Arterial təzyiq ölçülür, Nəbz sayılır.
Sonuncu aybaşına əsasən Təxmini Döğum Tarixi təyin edilir.
Bədən çəkisi indeksinin (BÇİ) təyin edilir: BÇİ= çəki (kg) / boy2 (m2)
BÇİ nəticəsi normalda 18-30 aralığında olmalıdır.
Ultrasəs müayinəsi (vaginal) ( Transvaginal Obstetrik Ultrasonografi) olunur.
USM- ə görə boru hamiləliyi inkar edildikdə, uşaqlıq daxilində embrionun göründükdə Normal Yerləşmiş Hamiləlik TƏSDİQLƏNMİŞ olur. Hamiləlik təsdiqləndikdən sonra növbəti etaplara keçilir:
Qanın klinik analizi - hemoqlobin yoxlanılır.
Sidiyin ümumi analizi - proteinuriya, bakteriuriya yoxlanılır.
Qanda şəkər təyin edilir.
Qan qrupu, Rh təyini. Əgər hamilənin qan qrupu Rh mənfi, atanın qan qrupu Rh müsbət olarsa, "Qan uyuşmazlığı" (Rh/rh) durumu ) mövcuddur. Bu zaman Rezus Anticisimləri təyin olunur.
Hepatit B, HİV, Sifilis testləri verilir.
Rubella İgG skrininq. Hamilə qadın seroneqüativ olduqda Rubella İgG müayinə aparmalı və hamiləliyin II, III trimestrlərində dinamik müayinə aparılır.
Uşaqlıq yolundan yaxmanın mikroskopik müayinəsi aparılır. Bu zaman uşaqlıq boynunun müayinəsi aparılır.
Hamiləliyin 12-ci həftəsinə qədər Fol turşusu (Folic Acid) təyin olunur. Fol turşusunun mayalanmadan bir neçə həftə öncə və hamiləliyin ilk 3 ayı müddətində təyini döldə sinir borusu qüsurlarının inkişaf tezliyini azaldır. bu məqsədlə mmultivitaminlərin təyininin hər hansı bir əlavə profilaktik effekti yoxdur.
7-10 gündən sonra hamilə qadın müayinələrin nəticələri ilə təkrar həkimin qəbuluna gəlir.
11-13+6 Həftədə Prenatal Testlər
ƏNSƏ QALINLLĞI məsafəsi (Nuchal Translucency, NT) və
I TRİMESTR TARAMA TESTİ ( İkili test, double test)
PAPP-A, HCG-Free
16-26 Həftəsində Prenatal Testlər
Ultrasəs Müayinəsi (anomaliya taraması) və aşağıdakı müayinələri ola bilərsiniz:
4D Ultrasəs Müayinəsinə girə bilərsiniz
II TRİMESTR TARAMA TESTİ (Üçlü Test, Triple Test)
β-HCG, Alfa-Feto Protein (AFP), Estriol (E3) analizləri verilir.
Amniosentez (lazım olarsa) bu dövrdə ola bilər.
Amniosentez hamilə qadının qarından nazik iynə ilə Ultrasəs Müayinəsində nəzarət edərək dölün amnion kisəsinə girilir və 20 qramlıq şprislə amniotik maye götürülüb genetik yoxlanmağa göndərilir. bu zaman mayedə olan hüceyrə dölə aid olduğu üçün dölün xromosom anolamiyasını aşkarlamaq mümkün olur. Amniosentez prosedurunun 2 həftə daxilində dölün açılışla düşməsi ehtimalları vardır. Bu ehtimal barədə öncədən ginekoloq tərəfindən hamilə qadına məlumat verilir.
II GƏLİŞ: 18-20-ci Həftədə
Hamilə qadına həkim tərəfindən lazım olan məsləhət verilir.
Arterial təzyiq ölçülür, Nəbz sayılır.
Uşaqlıq dibinin hündürlüyü ölçülür (Qravidoqramma).
Sidiyin ümumi analizi - proteinuriya, bakteriuriya yoxlanılır.
Ultrasəs Müayinəsi olunur.
22-24-cü həftələrdə
Ultrasəs Müayinəsində servikal kanalın (uşaqlıq boynu) uzunluğu ölçülür və forması dəyərləndirilir. Fetusun (Dölün) ürək, beyin və digər daxili orqanlar dəyərləndirilir.
Vaginal və servikal yaxma götürülür. Gizli infeksiyaları aşkarlamaq üçün əsasən Göbələk (candida), Trichonomas və Gardnerella infeksiyaları yoxlanılır. Çünki bu infeksiyalar gələcəkdə düşüyə, erkən dölyanı suların axmasına, erkən doğuma və s., doğumdan sonra isə endometritin və s. inkişafına səbəb ola bilər.
III GƏLİŞ: 26-28-ci Həftədə
Hamilə qadına həkim tərəfindən lazım olan məsləhət verilir.
Arterial təzyiq ölçülür, Nəbz sayılır.
Uşaqlıq dibinin hündürlüyü ölçülür (Qravidoqramma).
Auskultasiya - dölün ürəkdöyüntülərinə qulaq asılır.
Qanın klinik analizi - hemoqlobin yoxlanılır.
Sidiyin ümumi analizi - proteinuriya, bakteriuriya yoxlanılır.
İndirekt Coombs Testi (Mənfi Rezus olan qadınlarda).
Anti D İmmunoqlobulinin rezus mənfi immunizasiya olmamış qadına yeridilməsi.
50 qram qlükoza ilə yükləmə testi olunur.
IV GƏLİŞ: 30 - 32-ci Həftədə
Hamilə qadına həkim tərəfindən lazım olan məsləhət verilir.
Arterial təzyiq ölçülür, Nəbz sayılır.
Uşaqlıq dibinin hündürlüyü ölçülür (Qravidoqramma).
Auskultasiya - dölün ürəkdöyüntülərinə qulaq asılır.
Qanın klinik analizi - hemoqlobin yoxlanılır.
Sidiyin ümumi analizi - proteinuriya, bakteriuriya yoxlanılır.
32 həftədə
Ginekoloq hamilənin vəziyyətinə görə Ultrasəs müayinəsi istəyə bilər. Bu zaman Ultrasəs müayinəsində fetusun (dölün) inkişaf dinamikası, daxili orqanları ayrıntılı olaraq dəyərləndirilir. Ayrıca amnion mayesi, dölün vəziyyəti, pozisiyası, plasentanın yeri və görüntüsü, dölün hərəkət aktivliyinə nəzarət edilir.
V GƏLİŞ: : 34-36-cı Həftədə
Hamilə qadına həkim tərəfindən lazım olan məsləhət verilir.
Arterial təzyiq ölçülür, Nəbz sayılır.
Uşaqlıq dibinin hündürlüyü ölçülür (Qravidoqramma).
Auskultasiya - dölün ürəkdöyüntülərinə qulaq asılır.
Sidiyin ümumi analizi - proteinuriya, bakteriuriya yoxlanılır.
Hepatit B, HİV, Sifilis testləri olunur.
Vaginal yaxmanın mikroskopik müayinəsi olunur.
Ultrasəs Müayinəsi olunur. (Renal Pelvis Genişlənməsi)
VI GƏLİŞ: 38-ci Həftədə
Hamilə qadına həkim tərəfindən lazım olan məsləhət verilir.
Arterial təzyiq ölçülür, Nəbz sayılır.
Uşaqlıq dibinin hündürlüyü ölçülür (Qravidoqramma).
Dölün vəziyyətinin və gələcək hissəsinin təyini üçün qarının palpasiyası. Dölün çanaq gəlişi zamanı doğuşun aparılma üsulunun müəyyən olunması (mamalıq vəziyyətindən asılı olaraq hamiləliyin cərrahi yolla, ya təbii yolla başa çatrırılmasının proqnozlaşdırılması).
Auskultasiya - dölün ürəkdöyüntülərinə qulaq asılır. KTQ müayinəsi (Non-Stres Test) edilir.
Sidiyin ümumi analizi - proteinuriya, bakteriuriya yoxlanılır.
KTQ (38-40-cı həfətələr arası həftədə bir dəfə, 40-cı həftədən sonra 3 gündən bir) edilir.
Doğum əlamətləri varsa, hamilə qadına doğumun vaxtı haqqında məlumatlar verilir.
VII GƏLİŞ: 40 -cı Həftədə
Hamilə qadına həkim tərəfindən lazım olan məsləhət verilir.
Atreial təzyiq ölçülür, Nəbz sayılır.
Uşaqlıq dibinin hündürlüyü ölçülür (Qravidoqramma).
Auskultasiya - dölün ürəkdöyüntülərinə qulaq asılır.
Sidiyin ümumi analizi - proteinuriya, bakteriuriya yoxlanılır.
Əgər bu müddətdə doğuş baş verçəyibsə, növbəti gəliş 1 həftədən sonraya təyin olunur.
42-ci Həftədə
42-ci həftəyə qədər doğumu başlamayan hamilələr xəstəxanaya yatırılaraq duruma görə ya süni sancılar yaratmaqla , ya da Keysəriyyə kəsiyi əməliyyatı ilə doğum başladılmalıdı
Ultrasəs Müayinəsi (Dölün İnkişaf Dinamıkası) olunur.
Vaginal Müayinə (bimanual) olunur.