Ön sevişmə normal keçir. O anda...
Vaginismus problemi olan qadınlar əvvəlcə gözəl və rahatlatıcı bir ön sevişmə yaşayar, sonra cinsi əlaqə (penetrasiya) anında “panik atak kimi vəziyyətlə” qarşılaşırlar. Bu vəziyyətdə qadınlar qorxudan bədənlərini sıxaraq birdən həyəcanlanır, ürək döyüntüləri artır, tənəffüsün sürəti artır və özlərini geri çəkərək, ayaqlarını bağlayıb partnyorlarını itələyərək cinsi əlaqəni bitirirlər.
Pasientlər bunu belə ifadə edir:"Cinsi əlaqə haqqında həm qorxulu, həm də həzzverici söhbətlər eşitmişəm. Amma o anda niyəsə bunun çox qorxulu və çox ağrılı olacağını düşünürəm. Elə bilirəm orda dəlik yoxdur, o dəliyi penis açacaq. Düşünürəm ki. ətin içində dəliyi penis necə aça bilər. Əgər belə deyilsə, bəs qan hardan gəlir? Demək ki, bu çox ağrılı bir proses olmalıdır. Qızlıq pərdəsinin açılması, ətin cırılması - bunları beynim qəbul etmir. Bu necə həzz verə bilər? Bunu insanlar necə rahat edə bilirlər? Mənim üçün isə cinsi əlaqədə olmaq tamamilə mümkünsüzdür. Özümü günlərlə hazırlayıram, amma o anda yenə alınmır, özümü sıxıram, bütün bədənim sıxılır, penisin vaginaya girişindən qorxuram."Çox vaxt sancılar vaginal əzələlərlə məhdudlaşmır. 2013-cü ildən bəri bizə müraciət edən çox xəstə üzərində aparılan müşahidələrə görə, vaginizmin dərəcəsinə görə əzələlərin sıxıılmalarının oma, budlar, budların içəri hissəsi, qarın, kürək, çiyin kimi bədən hissələrinə qədər baş verdiyi aşkar edilmişdir. Buna görə də, hər cinsi əlaqəyə cəhd ediləndən sonra bəzən əzələ yorulması səbəbindən bu insanlar geniş yayılmış əzələ ağrıları (mialgiya) yaşaya bilərlər.
Vaginizmlə ortaya çıxan bu əlamətlər bədəni qorumaq üçün ağrı hissi gözləməsinə müdafiə refleksi ilə əlaqələndirilir. Deməli, orqanizm şüuraltından gələn qıcıqlar nəticəsində özünə təhlükə olaraq gördüyü hadisədən özünü qoruyur. Beləliklə, şüuraltında yerləşmiş yanlış məlumat və inancların silinməsi və yerinə düzgün məlumatların yerləşdirilməsi ilə həll yolu mümkün olacaq.
Vaginizmin dəqiq diaqnozu təcrübəli və cinsi terapiya ilə məşğul olan ginekoloq tərəfindən sadə bir qiymətləndirmədən sonra qoyula bilər. Bu ginekoloji müayinə ağrısız və çox asandır və cəmi bir neçə dəqiqə çəkir. Halbuki vaginizm xəstələri üçün ginekoloji müayinədən keçmək həddindən artıq qorxulu və ağrılı olur. Ancaq yalnız bu ginekoloji qiymətləndirmə ilə vaginizmə dəqiq diaqnoz qoyula və onun ağırlıq dərəcəsi təyin oluna bilər və bu müalicənin gedişatına təsir edəcək.Müəyyən zaman keçdikcə vaginizmdən əziyyət çəkən qadınların partnyorları da erkən boşalma və ereksiya çətinliyi kimi cinsi problemlər yaşaya bilər. Belə olduğu halda cütlərin hər ikisinin də ayrı ayrılıqda cinsi problemlərindən qurtulması üçün müalicə alması lazım olur, amma halbuki vaxtında qadın müalicə alsaydı partnyorunda cinsi problem yaranmazdı, müalicə alan ancaq qadının özü olardı.