Vaginizm müalicəsi
Dünyada 90% hallarda vaginizmin səbəbləri psixogendir və onların müalicəsində bizim tətbiq etdiyimiz Hipnoterapiya (hipnoz müalicəsi) , Neyro Linqvistik Proqramlama (NLP) texnikaları , bilişsel və davranışsal yeni müalicə üsullarıdır.
Dünya praktikasında vaginizm müalicəsində davranış və koqnitiv yanaşmalar arasında xəstəni cinsiyyət orqanları haqqında məlumatlandırmaq, onları güzgü vasitəsilə ona göstərmək və cinsəllik haqqında izahedici məlumat vermək kimi üsullar ola bilər.
Qadına “Kegel məşqlərini” öyrətməklə o, vaginasında pubococcygeus əzələsinin işinə nəzarət etməyi öyrənə bilər. Məntiqlə, sidiyi tutarkən və ya sidiyə çıxarkən bu əzələyə nəzarət edən qadın, cinsi əlaqə zamanı da eyni nəzarəti təmin edə bilər.
2013-cü ildə Vaginizmin Müasir Müalicəsi ölkəmizə ilk dəfə olaraq Dr.Günay Hacıyeva tərəfindən gətirildi. Alternativi olmayan müalicəmiz 1-4 seansa 100% sağalma nəticəsi verməkdədir.
Klinikamızda müalicələr fərdi terapiya olaraq aparılır. Müalicədə həyat yoldaşı lazım olmur və problem qadında olduğu üçün tək halda aparılır. Ona görə də hər hansı səbəbdən gələ bilməyən ərlər rahat öz işlərini görərkən, xanımları müalicəni alıb bitirir və ancaq müalicə bitdikdən sonra cinsi əlaqəyə icazə verilir. Müalicə bitmədən cinsi əlaqə cəhdərinin olmasını istəmirik.
Xəstələr arzu edərlərsə, özləri ilə eyni vəziyyətdə olan və müalicələrini tamamlamış və ya müalicələri hələ də davam edən digər xəstələrlə üz-üzə və ya telefonla danışa bilərlər.
Hipnoz ilə müalicələr (hipnoterapiya) və NLP texnikaları son vaxtlar öz aktuallığını bərpa edir və cinsi müalicələrə dəstək kimi istifadə olunur. Burada vacib olan məqam, hipnoterapiya tətbiq edən həkimin cinsi mövzularda sertifikatlı və təhsilli biri olmasıdır.
Fərdi və tamamilə elmi müalicə növlərindən düzgün istifadə etməyimizlə və ölkəmizdə 2013-cü ildən bəri topladığımız bu qədər təcrübəmizlə mərkəzimizdə müalicə olunan xəstələr arasında 100% sağalma nəticəsi verən illərdir ki yeganə ünvanıq!Sürətli, ağrısız, qorxusuz keçən vaginizm müalicələri təxminən 1 ilə 4 seans arasında davam edir və bu, hər gün müalicəyə gələn bir xəstə üçün təxminən 3-7 günlük müalicə müddəti deməkdir.
Vaginizm müalicələrində seanslar adətən iki gündən bir və ya hər gün keçirilir. Xəstələrin istəklərinə və ya müxtəlif hallara görə bəzən yalnız həftə sonu seansları təşkil edilir və xəstələrdən həftə ərzində evdə ev tapşırıqları ilə məşğul olmaları xahiş olunur.
Apardığımız Sürətli Müalicə Proqramımızla cəmi 3-4 günə də vaginizm müalicəsini almaq mümkündür. Sürətli Müalicə Proqramımız qısa müddətə Azərbaycana sırf vaginizm müalicəsini almaq üçün xarici ölkələrdən gələn pasientlər üçün daha əlverişlidir.
Bizim müalicəmizdə bir şüarımız var:
“Özünüzə inanmasanız da bizə inanmanız yetərlidir!”Müalicədə psixoloji dəstək vacibdirMərkəzimizdə müalicələrimiz üçün həyat yoldaşının məcburi iştirakı kimi bir qayda yoxdur. Ərlər sözün əsl mənasında xanımlarının yanında olmasalar da, həyat yoldaşlarına göstərdikləri psixoloji dəstək və motivasiya müalicənin uğurlu nəticəsinə və müddətinə təsir edən vacib ünsürdür.
Vaginizmi ailə problemi kimi görmək və onu kişi ilə qadının qarşılıqlı problemi hesab etmək həmişə çox vacibdir. Bu baxımdan cütlüklər heç vaxt bir-birini günahlandırmamalı və xüsusilə müalicə müddətində bir-birlərinə qarşı çox anlayışlı olmalıdırlar. Vaginizm təkcə sizin probleminiz deyil, həm ölkəmizdə, həm də dünyanın hər yerində çox rast gəlinən cinsi disfunksiyadır.
Azərbaycan, Bakıda Cərrah mama-ginekoloq, Vaginizm mütəxəssisi Günay Hacıyeva tərəfinfən aparılan vaginizm müalicələrində dünyanın hər yerində istifadə edilən müasir və elmi üsullardan istifadə edilir. Bunlar arasında Hipnoterapiya, Neyro Linqvistik Terapiya, bilişsel və davranış terapiyaları və s. yer tutur.
Müalicədə uğuru artıran ən mühüm amillər bunlardır: seanslarda verilən ev tapşırıqlarını əksiksiz yerinə yetirmək, qətiyyətli, istəkli, məqsədli və səbirli olmaq, sona qədər özünə və müalicəyə inamını heç vaxt itirməmək.
Bizim müalicəmizdə bir şüarımız var:
“Özünüzə inanmasanız da bizə tərəf bir addım atmağınız yetərlidir!”Unutmayın ki, müalicəyə qərar vermək və düzgün klinikada düzgün müalicəyə başlamaq artıq sağalmanın %50-sidir.