8. ULUSLARASI TIP VE SAĞLIK BİLİMLERİ KONGRESİ

27–30 Avqust 2025 tarixlərində keçirilmişdir. Bu konfransda mama-ginekoloq Günay Hacıyeva “Vaginizmin Yaranmasının Neyropsixoloji Modeli” adlı elmi məqaləsini məruzə etmişdir. Həmin məqalənin tam mətnini oxuya bilərsiniz:

Vaginizm, qadınlarda istənmədən, kəskin, qeyri-ixtiyari baş verən vagina əzələlərinin sıxılması nəticəsində penetrasiyanın mümkün olmaması, ya da qismən, çox ağrılı olması ilə özünü göstərən kompleks neyropsixoloji pozuntudur. Bəzi vaginizmli qadınlar vagina bölgəsinə toxuna bilsələr də, bir çox qadınlar toxunmağa belə cəsarət edə bilmir və kəskin “inkar” reaksiyaları verirlər.
Vaginizmli qadınların penetrasiya cəhdi zamanı baş verən bədənin “inkar” reaksiyaları bunlardır: ayaqların kilidləşməsi, çanağın sıxılaraq yuxarıya qaldırılması, bütün bədənin əzələlərinin gərginliyi, panik atak əlamətləri (həyəcanlanmaq, qorxmaq, əsimək, titrəmək, ürəkdöyünmənin artması, ürəkbulanma, dəridə qırmızı ləkələnmələrin olması, ağlamaq, qışqırmaq, qıvrılaraq geri çəkilmək, itələmək, təpiklə­mək, vahiməli və böyümüş gözlərlə baxmaq, bayılmaq və s.) və bütün gücü ilə prosesi dayandırmaq.

Vaginizm 70% psixoloji, 20% ginekoloji, 10% anatomik səbəblərdən meydana çıxır. Bu tədqiqat işində vaginizmin əlamətlərinin yaranması səbəblərinin beynin neyropsixoloji modelinə uyğun olaraq mərhələli izahı verilmişdir. Burada müşahidə olunan hallar xəstənin yaşamadığı, amma əhatəsindən eşidərək və ya təsəvvür edərək, öz fantaziyasına uyğun quraşdırdığı, kodlaşdırdığı qorxulu ssenarilərinin Amigdalada qorxu refleksini aktivləşdirməsi və davam etməsidir. Bunlar yaşanılan real travmatik təcrübələrdə də eyni sxemlə irəliləyir.

Normal hala uyğun tərtib edilmiş modeldə duyğu orqanlarından gələn siqnallar öncə Talamus tərəfindən emal edilir, sonra eyni anda həm Amigdalaya (təhlükə təhlilini etmək üçün), həm də Korteksə (məntiqli təhlil etmək və qərar vermək üçün) ötürülür. Amma vaginizmli qadınlarda Talamusdan Amigdalaya siqnallar çox sayda və sürətlə gəlməyə davam edir. Amigdala isə öz növbəsində Korteksin cavab siqnalını ala bilmədiyindən, Talamusdan aldığı siqnalları zəncirin digər halqalarına çox sürətlə ötürür. Bu da nəticə etibarı ilə qoruyucu motor reaksiyasını (əzələ sıxılmasını və s.) davam etdirir.

Beyində Hipokampus bu qorxulu ssenari məlumatlarını (harada, necə, hansı mühitdə və şəraitdə olduğunu) yaddaş kimi kodlayaraq Hipotalamusa ötürür. Hipotalamus isə vegetativ sinir sistemini aktivləşdirir, bu da simpatik sinir sistemini fəallaşdırır: bəzi hormonların və neyromediatorların ifrazını çoxaldır, qorxunun fiziki əlamətlərini artırır. Bu prosesdə İ. Pavlovun klassik şərtlənmə nəzəriyyəsi və somatik nəzəriyyə də özünü göstərir. Vaginizmli qadınlar bəzən heç real təcrübə yaşamadan, sadəcə eşitdiklərinə əsasən şüuraltı olaraq penetrasiyanı təhlükə ilə eyniləşdirir və kodlaşdıraraq buna müvafiq reaksiya verirlər.

Sarsıntılı hadisələrin insan orqanizmində ciddi xəstəliklər (insult, infarkt, hipertoniya və s.) yaratdığı məlumdur. Vaginizmə verilən adın özü, prosesin vaginada baş verməsi və ginekoloji problemlərin yaranması (ginekoloji müayinələr, hamiləliyin gedişinə və doğumun aparılmasına təsiri) mövcud vəziyyətin xəstəlik kimi dəyərləndirilməsinə əsas verir. Bu xəstəliyin yaranmasında polietioloji səbəblər iştirak etdiyinə görə, vaginizmi neyropsixoloji-ginekoloji xəstəlik adlandırmaq olar. Bu yanaşma vaginizmin yalnız psixoloji deyil, həm neyrofizioloji zəncirə, həm də ginekoloji sahəyə (cinsi və reproduktiv) təsirinə əsaslandığını göstərir. Bu əsaslandırma müalicədə psixi-ginekoloji təlim-maarifləndirmə, desensitizasiya (əhəmiyyətsizləşdirmə) və qorxu sistemini tənzimləyən çalışmaların rolunun vacibliyini önə çəkir.

VAGİNİZMİN YARANMASININ NEYROPSİXOLOJİ MODELİ.pdf