Vaginizm müalicəsi alan və almayan hamilə qadınların doğuşu necə olmalıdır ?

Vaginizm müalicəsi alan və almayan hamilə qadınların doğuşu necə olmalıdır ?
Mama-ginekoloq hamilə pasientdən ətraflı anamnez topladıqdan sonra, uşaqlıq boynunun açıqlığını təyin etmək üçün bimanual müayinə edir. Əgər vaginizmdən müalicə almış və rahat cinsi əlaqədə olaraq hamilə qalmış qadın bimanual (vaginaya əl ilə) müayinəyə imkan verirsə, dölün çəkisi 3500 qarndan azdırsa , o vaginal doğuşa gedə bilər.

Əgər vaginizmdən müalicə almış və rahat cinsi əlaqədə olaraq hamilə qalmış qadın bimanual müayinəyə icazə verə bilmirsə (çox vaxt belə olur) və dölün çəkisi 3500 qramdan çoxdursa (öz təcrübəmdən) onda, doğuşu Kesar kəsiyi əməliyyatı ilə tamamlamaq lazım olduğunu məsləhət bilirəm. Çünki, sonuncu variantda vaginal doğuş keçirən qadınlarda anidən həmin əzəzlədə sıxılma baş verə bilər və yenidoğulmuşda kəskin hipoksiya yarana bilər. Bu zaman isə həm ana (psixoz durum, vaginizm), həm yenidoğulmuş arzu etmədiyimiz ciddi problemlər (USİ-uşaq serebral iflici və s.) yaşaya bilirlər.

Tibbdə vaginizmin az öyrənildiyini nəzərə alaraq, uzun müddətdir bu sahədə çalışmalarıma istinad edərək, vaginizm müalicəsi almadan ənənəvi yolla deyil, təsadüfən sızma nəticəsində hamilə qalmış pasientlərin doğuşlarını tamamlamasını istisna hal kimi Səhiyyə Nazirliyinin Kesar kəsiyi əməliyyatın “Mütləq göstərişlər” siyahısına salmasına rəsmi icazə verilməsini təklif və xahiş edirəm. Eləcə də , vaginizmdən müalicə alaraq, normal cinsi həyat yaşayaraq hamilə qalmış qadınların doğuşu protokolun Kesar kəsiyi əməliyyatının “Nisbi göstərişlər” siyahısına rəsmi şəkildə daxil edilməsini Səhiyyə Nazirliyinə təklif və xahiş edirəm. Araşdırmalarımla vaginizmin psixo-ginekoloji problem olması qənaətinə gəlməyim belə bir təklifin verilməsinə səbəb olmuşdur.


Mama – ginekoloq olaraq, vaginizm üzrə kifayət qədər və ölkəmizdə ən çox təcrübəsi və araşdırmaları olan mütəxəssis kimi demək istəyirəm ki, sizin üçün məqsədim “Xoşbəxt Qadın, Sağlam Övlad, Xoşbəxt Ailə” tablosunu yaratmaqdır. Və 2013-cü ildən bu tablonu yaradaraq boşanmaqda olan neçə neçə ailələri ALLAH”ın izni ilə sevindirdim, övlad sahibi oldular, əsl ailə oldular.

Vaginizm Sizin Alın Yazınız Deyil!