3 il 4 aylıq vaginizm

3 il 4 aylıq vaginizm
1-ci seandan əvvəl...
Toy axşamına qədər cinsi əlaqədən qorxmurdum. Düzdür bir az həyəcanlı idim, amma normal qəbul edirdim. Bilirdim ki, belə evlənirlər, sadə bir şeydir. Toy gecəm çox ağrılı keçdi, tam olmağa qoymadım, özümü çəkdim, çox qorxdum, çox dözülməz ağrılarım oldu. Yoldaşım dedi ki, daş kimidir, keçmək mümkün deyil. Heç düşünmürdüm ki bu ağrılar, bu qorxu, sıxılmalar xəstəlikmiş. Çox araşdırmalar etdim, dəfələrlə həkimə getdim, amma bunun vaginizm olduğunu mənə deyən olmadı. Bir gün internetdə Günay xanımı gördüm, paylaşdığı hər şeyi oxudum. Anladım ki, məndəki də vaginizm xəstəliyi imiş. Diaqnozumu həkimlər qoya bilmədi, özüm tapdım xəstəliyimi. Və bu gün gəlmişəm Günay xanımın yanına, bir azdan müalicəyə başlayacağıq. Çox həyəcanlıyam. İstəyirəm ki, burdan sağalaraq gedim. Sağalmasam boşanacam. Çox inanıram ki , bu xəstəliyi Günay xanımla birlikdə sağ salamat başa vuracağıq, mən də xoşbəxt olacam, ailəmin dağılmağını istəmirəm. Yoldaşımı sevirəm, onu itirmək istəmirəm.

Nəticədən sonra...
Məncə bu gün bizim üçün tarixə yazılmalı gündür. Mən Günay xanıma nə qədər sağ ol desəm də az olar. 3 il 4 ay çox əziyyət çəkdim, çox ağrılarım olurdu, hər gecə ağlayırdım, amma nəhayət ki, bu gün pis günlərimizə son qoyduq. Daha mən vaginizm deyiləm, daha yoldaşımla rahat yaxınlıq edə bilirəm, daha qorxmuram, ağrılarım olmur, çox rahatam, çox sevincliyəm. Mənə elə gəlirki, bunlar hamsı yuxu idi. Sağ olun Günay həkim, hər şey sizin sayənizdə oldu. Mən də sağalan qızlardan oldum, çox xoşbəxtəm.