5 aylıq vaginizm
1-ci seansdan əvvəlki duyğular...
İlk növdədə vaginizmdən çox qorxuram və çox əziyyət çəkmişəm. Hamıdan əskik hiss etmişəm özümü, hamının yanında, əsas da yoldaşımın yanında özümü günahkar hiss etmişəm. Həyatımda ən pis anlardır ki, yaşayıram. İlk gecədən sonra qorxdum və heç nə alınmadı. Qandan və ağrıdan qorxurdum, tutrəyirdim, ürəyim gedirdi. Əlimi özümə vura bilmirdim. Bu xəstəlik yoldaşımın da, mənim də həyatımızı alt-üst edib. Evlilikdən əvvəlki arzularım, xəyallarım puç oldu. Ruhdan düşmüşəm, çox pisəm. İndi ümidim bir ALLAH”a , bir də sizədir Günay doktor. Nə olar məni sağaldın.
Nəticədən sonra...
Çox xoşbəxtəm, Çünki, ilk öncə ALLAH”a sonra Günay doktora şükr edirəm. Onun sayəsində özümü qadın kimi hiss edirəm. Çox qorxurdum, Günay doktorun sayəsində heç bir qorxum qalmadı. ALLAH sizdən razı olsun.