Vaginizmdən əziyyət çəkən qadınların ilkin müayinəsi necə olur?

Vaginizmdən əziyyət çəkən qadınların ilkin müayinəsi necə olur?
Vaginizm xəstəliyi sırf ginekoloji xəstəlik olmadığı üçün biz müraciət edən pasientlərimizi ginekoloji müayinə etmirik. Yəni qadına güzgü müayinəsi, barmaq müayinəsi etmirik, çöp salmırıq və s. Çünki qadın zatən qorxaraq panika içində, həyəcan içində, əsərək, titrəyərək gəlir.
Qadının həkimə etibar etməsi və tam güvənməsi bizim əsas məqsədimizdir, bu isə müalicəmizin yarısı deməkdir. Müayinəmiz sadəcə intim bölgəyə vizual müayinədən ( gözlə baxış) , pasientin psixoloji travmalarını öyrənmək üçün apardığımız söhbətdən və xəstəliyin ağırlıq dərəcəsini müəyyən etmək üçün bir neçə testdən ibarət olur. Bu zaman diaqnoz qoymaq üçün vagina girişi əzələsinin spazmı, qızlıq zarının açılıb açılmaması, vulvada cinsi əlaqəyə icazə verməyən hər hansı bir səbəblərin olub olmaması aydınlaşdırlılr. Müayinəmiz tamamilə ağrısız və qorxusuz keçir.