Vaginizmdə istifadə edilən yalnış üsullar haqqında məlumat

Vaginizmdə istifadə edilən yalnış üsullar haqqında məlumat
Hansı üsullar Vaginizm müalicəsində effekt vermir?

1. Ginekoloqlar tərəfindən:
* Qızlıq zarının cərrahi yolla götürülməsi (ən yaxşı halda venadaxili sedasiya ilə );
* Tampon qoymaq;
* Ginekoloji güzgülərin vaginaya salınması;
* Vaginal massajlar;
* Keyləşdirici kremlər, gellər, mazlar, spreylər, vaginal şamlar.
* Alkol qəbulu təklifi;
* Parafinlərin vaginaya salınması təklifi ( şam) - tibbi deyil !;
* Vibratorlu süni kişi cinsi orqanı - etik deyil !;
* Etik olmayan digər üsullar...

2. Nervpatoloq və psixoterpevtlər tərəfindən:
* Sakitləşdiricilər;
* Antidepressantlar;
* Vagina girişinə Botox .

3. Psixoloqlar tərəfindən:
* Psixoloji seanslar.

4. Anestezioloqlar tərəfindən:
* Venadaxili sedasiyalarla pasientin yatızdırılması və ərlə qadının bu vəziyyətdə əlaqədə olması;

5. Vaginizm qadınların öz düşüncələri:
* Süni mayalanmayla hamiləlik əldə etmək;
* Aşılama ilə hamiləlik əldə etmək;
* Təbii doğuşa getmək;
* Əllərini və ayaqlarını bağlatdıraraq ərinin onunla əlaqədə olmasını tələb etməsi .

6. Valideynlərin "Çıxış yolu" üsulları:
* Oğlanı mollaya, falçıya, çıldağa, pirə aparmaq;
* Qızı danlamaq, təhqir etmək, əlaqədə qəsdən olmaq istəmədiyini söyləyərək ona basqı etmək, ya da özü-özünü qorxutduğunu söyləyərək boşamaqla hədələyərək cinsi əlaqədə olmalarını tələb etmək.

Qeyd: Bu üsulların çoxu qadına xeyirdən çox ziyan verir, ona yeni psixoloji travma yaşadır, vaginasından daha da qorxuzur. Bu üsullarla "müalicə" alan qadınlarımızı müalicəyə tabe etmək həddindən artıq çətin olur. Onların şüuraltı mərkəzi üst üstə psixoloji travma almış olur.