Cinsi əlaqədə şiddətli ağrı...

Vaginizm qızlar fikirlərini bu cür ifadə edir : - Dərk edirəm ki, cinsi əlaqə qorxulu deyil, qorxulu olsaydı bunu heç kim edə bilməzdi. Bilirəm ki, parçalanma da olmur. Amma nədənsə o qorxular məni o anda rahat buraxmır. Məndən asılı olmayaraq  çox qorxuram və ayaqlarımı yığıram. Özümlə bacara bilmirəm... Özümü o anda idarə edə bilmirəm... İstəməsəm də ağlayaraq yoldaşımı rədd edirəm. Amma halbuki, hər gün özümə söz verirəm ki, bu gün bu məsələni həll edəcəm, bu ağır yükdən azad olacam.

Bundan başqa onların digər qorxuları da olur: köpək, böcək, siçan, ilan, o cümlədən onlarda hündürlükdən qorxu, sudan ( hovuz, dəniz), dərinlikdən, qapalı yerlərdən, qaranlıqdan qorxu, insanlardan qorxmaq (elə düşünürlər ki insanlar onlara bir zərər verəcək.Bu adətən təcavüzə uğrayan qızlarada müşahidə oluna bilir,bizim ölkədə təcavüzə uğramaq çox az hallarda olur), cinsi əlaqədən qorxmaq " içərim parçalanar” - deyə qorxularını dilə gətirirlər. ”içəridə bir kista olar, partlayar və qanaxma olar " və s. - deyə qorxularının səbəbini izah etməyə çalışırlar. Bu mənasız izahatlardan özləri də bezirlər...

QEYD: Cinsi əlaqədə şiddətli ağrı qəbizlikdə, bağırsaq çatı, vaginanın  və vulvanın iltihabi proseslərində, vaginal girişin kondilomasında və herpesində, bartolinit və bartolin kistində, vagina quruluğunda ( hormonal səbəbdən), vulvanın kraurozunda və s. görülə bilər. diaqnozu qoymaq üçün müayinə olnmanız şərtdir.