Ağrılı cinsi əlaqə və ya cinsi əlaqə qorxusu hansı qadınlarda rast gəlinir?

Vaginizm qızların çoxu dini ailədə böyümüş, əxlaqi dəyərlərə aşırı dərəcədə önəm verən ailədə ciddi nəzarət altında böyüdülən , ali təhsil almış, dünya görüşlü və ənənəvi ailədə böyümüş qızlarda vaginizmə rast gəlinir. Bu qızların arasında cəmiyyətdə müəyyən yer tutmuş müəllimələr və həkimlər də az deyil.

Qeyd etməliyəm ki, təcavüzə uğramış və ya təcavüzə şahid olmuş qızlarda ( əlbətdə ki , bizim ölkədə bu hallar demək olar ki yoxdur), bəzi hallarda uşaq yaşlarında ata- anasının cinsi əlaqəsinə şahid olmuş , ögey ata və qardaş yanında böyümüş qızlarda da vaginizm yarana bilir. Onlar ögey ata və qardaşından özünü qorumaq mövqeyində olduğuna görə şüuraltı olaraq özünü ərindən də qoruyur.

Söylənilənlərdən görünür ki, Vaginizm hər cür həyat tərzi keçirən , böyümə şəraitindən asılı olmayan qızlarda rast gəlinə bilir. Vaginizm qızlar uşaq vaxtından imalədən çəkinir, hətda qorxur. Onlar oturarkən belə çox gərgin  vəziyyətdə ayaqlarını və ya bütün bədən əzələlərini yığararaq otururlar. Özləri də etiraf edir ki ”Oturanda da özümdən asılı olmayaraq gərgin oluram, özümü çox sıxıram”. Vaginizm qızlar xasiyyətcə özlərinə qapanan, sözlərini doğmaları ilə belə paylaşmayan, alınqan, küsəyən, ağlağan, həssas olurlar. Onlar asanlıqla psixi travma almağa və depressiyaya girməyə meylli olurlar. Onlar o qədər qapalı olurlar ki, hətda ərləri ilə cinsi əlaqələrinin baş tutmamasını öz doğmalarına belə bildirmirlər. İllərlə bu problemi gizlədərək özlərini böyüklərin köməklərindən əsirgəyirlər.