Vaginizm 3 variantda özünü göstərir

Vaginizm 3 variantda özünü göstərir
Üç tip vaginizm qadınlar vardır :
1-ci tip qadınlar qismən də olsa zəhmətli və ağrılı şəkildə cinsi əlaqəyə girə bilirlər. Bu zaman onlar hamilə  qala bilir və əməliyyat yolu ilə (Kesarev üsulu) uşaq dünyaya gətirə bilirlər. Müalicə məqsədilə vaginaya çətin də olsa şam qoya bilir, müayinə məqsədilə  ginekoloji masaya çıxa  bilir, vaginal ultrasəs müayinəsində ola bilirlər.

Məsləhət : özləri vaginizmi yenə bilmirlərsə müalicə olunmalıdırlar.

2-ci tip qadınlar yalnız toxunmağa icazə verə bilirlər. Toxunmaya icazə verə bildiklərinə görə spermanın vaginaya sızması nəticəsində qadın hamilə qala bilir, amma cinsi həyat yaşaya bilmirlər. Bu zaman doğuş Kesarev üsulu ilə həyata keçirilməlidir.  Belə qadınlar müalicə məqsədilə vaginaya şam  qoya bilmir , müayinə məqsədilə  ginekoloji masaya çıxa  bilmir ,  vaginal ultrasəs müayinəsində ola bilmirlər.

3-cü tip "qadınlar" toxunmaya belə heç bir şəkildə icazə vermirlər. Bu cür qızlarımız illərlə bakirə olaraq qalırlar. 
Məsləhət : müalicə olunmalıdırlar.