Haqqımızda
Mama-ginekoloq Günay Hacıyeva 1975-ci ildə Sumqayıt şəhərində doğulmuş, 1982-1992 illərində Sumqayıt şəhərində orta məktəbi bitirmişdir. 1992 və 1993 illərin hər birində ali məktəbə qəbul olmuş, Azərbaycan Tibb Universitetinin müalicə-işi fakültəsində oxumaq arzusu ilə könüllü olaraq universitetlərdən azad olmuşdur. 1994-cü ildə Nəriman Nərimanov adına Azərbaycan Tibb Universitetinin müalicə-işi fakültəsinə daxil olmuş və 2001-ci ildə bu fakültəni bitirmişdir.
22 ildir iş təcrübəsi olan mama-ginekoloq Günay Hacıyeva çalışdığı müddət ərzində çox sayda xəstələrə şəfa vermiş, sonsuzluqla , hormonal pozğunluqla, hamilələrin doğuşa çatdırılmasını o cümlədən çox sayda vaginizm xəstələrini müalicə etmiş və onların doğuşunu həyata keçirmişdir. Hal-hazırda mama-ginekoloq Günay Hacıyeva Vaginizmin Müasir Müalicəsi, labioplastika, vaginanın daraldılması əməliyyatı (arxa və ön kolporrafiya), Kesar əməliyyatı , Histeroskopik əməliyyatlar , qadın sonsuzluğu ( uşaqlıqdaxilili faktorlar, uşaqlıq borusu faktorları), hormonal pozğunluq, ginekoloji xəstəliklərin müalicəsi, patoloji və normal hamiləliyin təqibi, eləcədə doğuşa çatdırılması və s. ilə sizin xidmətinizdədir.
- 2001 - 2003 illərində:
Rusiya, Sankt Peterburq Diplomdansonrakı Tibb Akademiyasında Mama Ginekokoq ixtisasını almış və Leninqrad Vilayeti Xəstəxanasında (Ленинградская Областная Больница)
- Patoloji hamiləlik üzrə staj.
- 2009 - cu ildə:
Rusiya, Sankt Peterburq Diplomdansonrakı Tibb Akademiyası
- "Reproduktiv Endokrinologiya" kurs
- 2012 - ci ildə:
Azərbaycan, Bakı
- "Endokrinologiya" - kursu
- "Kolposkopiya" - kursu
- Reproduktiv endokrinologiya" kurs
- "Mama-ginekologiyada Ultrasəs Müayinəsi" - kurs
- 2013 - cü ildə:
- "Hipnoz terapiyası" - trening
- "Neyro Lingvistik Proqramlama" - trening
- 2013 - cü ildə:
Türkiyə, İstanbul
- "İVF Programı" - kursu
- "Vaginizm Müalicəsi" - treningi
Bundan başqa çox sayda beynəlxalq və yerli konqreslerdə, konfranslarda, seminarlarda və simpoziumlarda iştirak etmişdir.
- 2018-ci ildə:
Kuzey Kıbrıs Türk Cumhuriyyeti
- "Minimal İnvaziv Cerrahiyye" kursu
- "Genital Estetik Cerrahiyye" kursu
- 2019-cu ildə:
Azərbaycan, Bakı
- "Laporoskopik Cərrahiyyə" - kursu
- 2021-2022-ci ildə:
Türkiyə, Ankara-İstanbul
- "İleri düzey cinsel terapi" - kursu
- 2022-ci ildə:
İtaliya, Avellino
- "Histeroskopiyada Lazer tətbiqi" - kursu
- 2023-cü ildə:
Türkiyə, Ankara
- "Ovulyasion induksiya, Oosit toplama, Embrio Transferi və Pasientin İdarə edilməsi” - İVF KURSU
Rusiya, Sankt Peterburq
- "Ginekologiyada Plazmaterapiya” kursu
- "Estetik Ginekologiyada Plazmanın Nativ və Gel Formasının İstifadəsi” - kursu.
Dünya praktikasında
vaginizmin müalicəsi Kegel çalışmaları, nəfəs çalışmaları, ayna çalışmaları, relax çalışmaları, barmaq çalışmaları, vaginal massajla həyata keçirilir. Bundan başqa 8-12 seans davam edən hər seans arasında 7-10 gün fasilələrlə çağırılan vaginizm pasientlərə ev tapşırıqları verilir və qadınlar evə verilən bu çalışmaları ərləri ilə birlikdə etmələri tövsiyə olunur. 8-12 seans 2-3 ay qədər zaman alır. Və bu müddət ərzində verilən tapşırıqları ər - arvadın birlikdə eyni enerjiylə etməsi çox nadir olur. Bu qədər uzun və sıxıcı müalicəni 2-3 ay müddətində hər gün etmək böyük əzm tələb edir.
Bizim həyata keçirdiyimiz bu üsulda
isə müalicə çox qısa müddətdə tamamlanır və effekti bir ömür boyu davam edir.
Belə ki, biz
VAGİNİZMİN MÜASİR MÜALİCƏSİNDƏ 3 SEANSA
möhtəşəm nəticəni əldə edirik. Seanslar arasında fasilə olmur. Vaginizmin Müasir Müalicəsində Hipnoterapiya, Neyro Lingvistik Proqramlama, Metaforlar, bilişsəl və davranışsal uygulamalar həyata keçirilir.