MƏQALƏLƏR

Vaginizmin xüsusi müalicəsi necə aparılır?

Vaginizmin xüsusi müalicəsi necə aparılır?

2013-cü ildə ilk dəfə olaraq Vaginizmin Alternativi Olmayan Müalicəsi Üsulunu Azərbaycana gətirdim. Vaginizm xəstəliyindən danışdığım hər yerdə (həkimlər arasında, Televiziya proqramlarında, Qəzet və internet səhifələrinə verdiyim müsahibələrdə, jurnallarda və s.) çaşqınlıqla dinlənilirdim. Universitet illərində vaginizm haqqında bizə ötəri məlumat verilmişdi və psixoterapevtlərin müalicə sahəsi olduğunu bildirilmişdi. 2013-cü ilə qədər mənə də tək-tək vaginizmlər müraciət edirdi. Adətimiz üzrə müayinə edib diaqnozu qoyandan sonra psixoterpevtə və psixoloqa getmələrini məsləhət görürdüm. Və bu pasientlərin çox hissəsinin (müşahidə apardıqlarımın içərisində) sağalmadığını gördüm. Bu xəstəliyin müalicəsinin ümumiyyətlə mümkün olub olmadığını araşdırmalar apararkən bir də gördüm ki, artıq bu xəstəliyin  “Mümkün olmayan” müalicəsini ölkəmizə gətirmişəm və mükəmməl nəticələr alıram.

Müalicəmizdə vaginizm pasientlərimizin qorxduğu barmaq çalışmaları yoxdur. Psixoloqların cütlərə verdiyi bir-birinin cinsi orqanına öyrəşmə üçün çalışmalar yoxdur. İynə, dərman, keyləşdirici mazlar, kremlər, güzgü salmaq, tampon qoymaq, vaginal şam qoymaq, etik olmayan vasitələrdən istifadə etmək YOXDUR !

Vaginizm problemi yaşayan qadınlar/qızlar cinsi əlaqədə olmaq istəsələr də , özlərini günlərcə buna hazırlasalar da, onların şüuraltı mərkəzinin yüklü olması qadında qeyri-ixtiyari olaraq sıxılmalar və panik atak əlamətləri verərək, ona bunu icra etməyə icazə vermir. 
Bilirik ki, insanların şüurlu zehni və şüuraltı zehni var. Şüurlu zehnimiz məntiqimizlə çalışır, məntiqimizə tabedirvə biz məntiqimizlə şüurlu zehnimizi idarə edə bilirik. Məsələn: Çayın qaynar olduğunu biləndə nə qədər susuzlasaq da biz məntiqimizlə çayın soyumasını gözləyə bilirik. Dərk edirik ki, qaynar içsək yandıracaq. Bu misalda bizim məntiqimizin şüurlu zehnimizi idarə etdiyini görürük. Amma bilmirik ki, şüuraltı zehnimiz nə ilə çalışır və biz onu da idarə edə bilirikmi şüurlu zehnimiz kimi. İnsanlar şüuraltı zehinlərini idarə etmək gücündə deyillər və məntiqimiz şüuraltı zehnimizdə heç bir işə yaramır, bəzi hallarda şüuraltı zehnimiz insanı idarə edir. Şüuraltı zehnimiz sahibinə, yaşadığı psixoloji travmatik hadisələrə uyğun reaksiyalar verir və insana onu yaşamağa məcbur edir. Məsələn: Bir gənc oğlan ailəsinə və özünə bab olmayan (yaraşmayan) bir qadını sevir. Bunu özüdə dərk edir ki, bu qadınla evlənə bilməz, mümkün deyil. Dostları oğlanı qınayar, məsxərəyə qoyar, valideynləri atar, heç oğlan özü də özünə, ailəsinə yaraşdırmaz elə bir qadının o evə gəlin gəlməsini. Amma unutmaq istəsə də unuda bilmir, gözü hər yerdə onu axtarır, depressiyaya düşür və uzun müddət əziyyət çəkir. Məntiq şüuraltı zehində işə yarasaydı, oğlan bu qədər əziyyət çəkmədən o qadından rahat uzaqlaşardı, çayın soyumasını gözləmək kimi rahat seçim edə bilərdi. Və mahiyyət eyni ilə vaginizm problemində də belə olur. Qadın cinsi əlaqədə olmaq istəsə də o anda baş verən hallar şüuraltı zehnimizin verdiyi reaksiyalardır ki, onlar da qadını cinsi əlaqədə olmağa qoymur.

Müalicəmizdə qadının yaşamış olduğu psixoloji travmatik hadisələr, öz cinsi orqanını tanımaması, cinsi əlaqə haqqında ətrafdan eşitdiyi yalnış məlumatlar və s. əsas tutularaq şüuraltı mərkəzdə korreksiya aparılır.

Şüuraltı mərkəzə onun dilindən anlayacaq üsullarla müdaxilə edib korreksiya etmək mümkündür – Hipnoz, Neyro Lingvistik Proqramlama, Metaforlarlar, bilişsəl və davranışsal uygulamalarla 3 - 4 seansa 100% nəticə almaq mümkündür.

Bu xüsusi müalicə üsulu proqramını almadan öncə vaginizm qadın məntiqi ilə cinsi əlaqədə olmaq istəsə də beyni izacə vermirdisə, müalicə proqramını alandan sonra, elə 1-ci seansdan sonra artıq beyin (şüuraltı zehin nəzərdə tutulur) cinsi əlaqəyə icazə verir, yəni daha vaginanın girişindəki halqavari əzələyə (m.pubocoxygeus) impuls göndərib onu sıxmır, panik atak əlamətləri dayanır.  

Vaginizm müalicəsindən sonra proses geri qayıtmır.
Vaginizm müalicəsi alan və almayan hamilə qadınların doğuşu necə olmalıdır ?
Mama-ginekoloq hamilə pasientdən ətraflı anamnez topladıqdan sonra, uşaqlıq boynunun açıqlığını təyin etmək üçün bimanual müayinə edir. Əgər vaginizmdən müalicə almış və rahat cinsi əlaqədə olaraq hamilə qalmış qadın bimanual (vaginaya əl ilə) müayinəyə imkan verirsə, dölün çəkisi 3500 qarndan azdırsa , o vaginal doğuşa gedə bilər. 

Əgər vaginizmdən müalicə almış və rahat cinsi əlaqədə olaraq hamilə qalmış qadın bimanual müayinəyə icazə verə bilmirsə (şox vaxt belə olur) və dölün çəkisi 3500 qramdan çoxdursa (öz təcrübəmdən) onda, doğuşu Kesar kəsiyi əməliyyatı ilə tamamlamaq lazım olduğunu məsləhət bilirəm. Çünki, sonuncu variantda vaginal doğuş keçirən qadınlarda anidən həmin əzəzlədə sıxılma baş verə bilər və yenidoğulmuşda kəskin hipoksiya yarana bilər. Bu zaman isə həm ana (psixoz durum, vaginizm), həm yenidoğulmuş arzu etmədiyimiz ciddi problemlər (USİ-uşaq serebral iflici və s.) yaşaya bilirlər.

Tibbdə vaginizmin az öyrənildiyini nəzərə alaraq, uzun müddətdir bu sahədə çalışmalarıma istinad edərək, vaginizm müalicəsi almadan  ənənəvi yolla deyil, təsadüfən sızma nəticəsində hamilə qalmış pasientlərin doğuşlarını tamamlamasını istisna hal kimi Səhiyyə Nazirliyinin Kesar kəsiyi əməliyyatın “Mütləq göstərişlər” siyahısına salmasına rəsmi icazə verilməsini təklif və xahiş edirəm. Eləcə də , vaginizmdən müalicə alaraq, normal cinsi həyat yaşayaraq hamilə qalmış qadınların doğuşu protokolun Kesar kəsiyi əməliyyatının “Nisbi göstərişlər” siyahısına rəsmi şəkildə daxil edilməsini Səhiyyə Nazirliyinə təklif və xahiş edirəm. Araşdırmalarımla vaginizmin psixo-ginekoloji problem olması qənaətinə gəlməyim belə bir təklifin verilməsinə səbəb olmuşdur.

Mama – ginekoloq olaraq, vaginizm üzrə kifayət qədər və ölkəmizdə ən çox təcrübəsi və araşdırmaları olan mütəxəssis kimi demək istəyirəm ki, sizin üçün məqsədim “Xoşbəxt Qadın, Sağlam Övlad, Xoşbəxt Ailə” tablosunu yaratmaqdır. Və 2013-cü ildən bu tablonu yaradaraq boşanmaqda olan neçə neçə ailələri ALLAH”ın izni ilə sevindirdim, övlad sahibi oldular, əsl ailə oldular.

Vaginizm Sizin Alın Yazınız Deyil!

Dr. Günay Hacıyeva
Mama-ginekoloq

VAGİNİZMİN MÜASİR MÜALİCƏSİNDƏ 3 seansa möhtəşəm nəticəni əldə edirik.