MƏQALƏLƏR

Vaginizmdən əziyyət çəkən qadınların ilkin müayinəsi necə olur?

Vaginizmdən əziyyət çəkən qadınların ilkin müayinəsi necə olur?

Vaginizm xəstəliyi sırf ginekoloji xəstəlik olmadığı üçün biz mərkəzimizə müraciət edən  pasientlərimizi ginekoloji müayinə etmirik. Yəni qadına güzgü müayinəsi, barmaq müayinəsi etmirik, çöp salmırıq və s. Çünki qadın zatən qorxaraq panika içində, həyəcan içində, əsərək, titrəyərək gəlir.
Qadının  həkimə etibar etməsi və tam güvənməsi bizim əsas məqsədimizdir, bu isə müalicəmizin yarısı deməkdir. Müayinəmiz sadəcə intim bölgəyə vizual müayinədən ( gözlə baxış) , pasientin psixoloji travmalarını öyrənmək üçün apardığımız söhbətdən və xəstəliyin ağırlıq dərəcəsini müəyyən etmək üçün bir neçə testdən ibarət olur. Bu zaman diaqnoz qoymaq üçün vagina girişi əzələsinin spazmına, qızlıq zarının açılıb açılmamasına, vulvada cinsi əlaqəyə icazə verməyən hər hansı bir səbəblərin olub olmaması aydınlaşdırlılr. Müayinəmiz tamamilə ağrısız və qorxusuz keçir.

Dr. Günay Hacıyeva
Mama-ginekoloq

VAGİNİZMİN MÜASİR MÜALİCƏSİNDƏ 3 seansa möhtəşəm nəticəni əldə edirik.