MƏQALƏLƏR

"Hətta bir dəfə yoldaşıma dedim ki, əl-ayağımı bağlasın"

"Hətta bir dəfə yoldaşıma dedim ki, əl-ayağımı bağlasın"

"6 ildir ki, evliyəm. Həyat yoldaşımla bir-birimizi sevib ailə qurmuşuq. Evlənmədən öncə ilk gecənin qorxulu olması haqda eşitmişdim. Toy gecəsi münasibətdə olmağa çalışsaq da, alınmadı. Bu problemin bir neçə gün sonra düzələcəyini düşündük. Amma aylar illəri əvəzlədi. Və biz bu müddət ərzində yoldaşımla cinsi əlaqədə ola bilmədik. Bu dərdi hamıdan gizlətdik. Sekslə məşğul olmaq istəyi həyatımın kabusuna dönüşdü. Axşamın olmasını heç istəmirdim. Bütün psixologiyam pozulmuşdu. Təsəvvür edin ki, eyni evdə 6 il dost kimi yaşamaq nədir?! Hamı bizdən uşaq gözləyirdi”.

"5 aydır ki, evliliyimiz davam edir. Evləndikdən 20 gün sonra ilk dəfə yoldaşımla münasibətdə ola bildik. Həmin günü həyatımın ən ağrılı günü hesab edə bilərəm. O gündən sonra eyni yataqda paltarla yatdım. Hətta bir dəfə yoldaşıma dedim ki, əl-ayağımı bağlasın. O bunu etmək heç istəməsə də, əlaqədə olmaq üçün bu yolu da test etdik. Amma yenə faydasız oldu. Bədən əzələlərim elə yığılmışdı ki, on nəfər də yığışsa əllərimi aça bilmək gücündə deyildi. Ürəyim getdi. Təcili yardım gəlməli oldu. İki aya yaxın müddətdə bunu ailəmizdən gizlətdik. Ancaq məndə ürək getmələr çoxalmağa, sinir pozğunluğu artmağa başladı. Axırda məcbur olub ailəmizə danışdıq. Bunun xəstəlik olduğunu heç bilməzdik. Hətta boşanmaq da istədik. Bir neçə dəfə həyatıma qəsd də etmişəm. Yoldaşım qarşısında bu utancla yaşamaq istəməmişəm”.

"4 il davam edən evliliyimizdə bir gün belə cinsi əlaqədə olmadıq. Bu vəziyyətin dünyada ən çətin xəstəlik olduğunu və əsla bundan sağala biləcəyimi düşünmürdüm. Bir çox ginekoloq həkim isə bu xəstəlikdən başı çıxmadığını dedikdə daha böyük depressiyaya düşürdüm. Evlənməyə qərar verərkən hər problemi birlikdə həll edəcəyimizə söz versək də, ağlımıza belə gəlməyən bir kabusun qarşısında aciz qalmışdıq”.

"7 aydır ki evliyəm, bu xəstəliyə görə hər gün ərim və qayınanam tərəfindən döyülürəm. Həkimə gələndə gözlərimin altı qapqara idi. Növbədə dayanan adamların da mənə yazığı gəlirdi. Amma müayinələr üçün lazım olan pulu həyat yoldaşımın ödəməsinə heç inanmıram. Bu gedişlə boşanmalı olacağıq”.

Bunlar adlarını çəkmək istəməyən 4 fərqli qadının yaşadığı acı həyat hekayəsidir. Bu rəqəm isə hər gün artır.
9 ay, 1, 5, hətta 10, 18, 22 il davam edən, qadınların qorxulu kabusuna çevrilən bu müsibətin nə olduğunu bilirsinizmi?
Bəs Azərbaycanda ailə quran bir sıra gənclərin boşanmasında bu dəhşətin rol oynadığından xəbərdarsınızmı?
Yəqin ki, bu yazını oxuyanların əksəriyyəti problem barədə məlumatlı deyil.

Psixoloqa müraciət edən ailələr isə bu cür halların yaşanmasını, qadının öz əriylə cinsi münasibətdə olmaqdan qorxmasını onlara tanış gələn xəstəlik olduğunu bildirirlər. Yalnız bundan sonra xanım öz ərinə bunu bilərəkdən və istəyərəkdən etmədiyini, əslində xəstəliyə tutulduğunu anlayır.

Az sayda tərəf müqabili isə öz xanımını başa düşür və xəstəliyə qalib gəlmək üçün ona dəstək verir. Bu xəstəlikdən tez zamanda qurtulmaq mümkündür, yetər ki insanların bundan xəbəri olsun və buna görə ailələrini dağıtmasınlar.

Dr. Günay Hacıyeva
Mama-ginekoloq

VAGİNİZMİN MÜASİR MÜALİCƏSİNDƏ 3 seansa möhtəşəm nəticəni əldə edirik.