Mama-ginekoloq
Vaginizmin müasir müalicəsi
(+99455) 988 4848

Dərk edirəm ki, bu qorxulu deyil, amma o anda.....

Dərk edirəm ki, bu qorxulu deyil, amma o anda.....

Dərk edirəm ki, bu qorxulu deyil, amma o anda.....Gənc qızlar vaginizmlə "ilk gecə”də tanış olurlar. Rəfiqələrinin ilk gecəni çox şişirdilmiş və abartılmış şəkildə anlatmalarını yada salaraq, eləcə də cinsi əlaqəni ilk dəfə yaşayacaqları üçün beyinlərində yaratmış olduqları qorxular (qanama, parçalanma və s.) və əsas da şiddətli ağrıların gözlənilməsi, onların özlərindən asılı olmayaraq əzələlərin (ayaq, çanaq dibi və s.) ani şəkildə kəskin yığılması və sıxılması nəticəsində cinsi əlaqənin mümkün olmamasıdır –VAGİNİZM! Vaginizm xəstəlik deyil! Vaginizm, qızlar beyinlərində yaratmış olduqları qorxulardan (qanama, şiddətli ağrı və s.) dolayı formalaşdırdıqları yalnış düşüncələrə inandıqları problemdir! Bu zaman qızlar cinsi əlaqəyə girməkdən imtina edərək şiddətli ağrıların olacağını və ya beynində formalaşdırdığı qorxunu səbəb kimi izah etməyə çalışırlar və istəmədən ərini rədd edirlər.

Belə qızlar ailə qurmalarına baxmayaraq illərlə bakirə olaraq qalırlar. Onlar məntiqlə başa düşürlər ki, cinsi əlaqəyə girmək normal haldır, bütün qadınlar cinsi əlaqəyə girirlər, bu həyatın qanunudur. Başa düşürlər ki, cinsi əlaqə qorxulu və ağrılı olsaydı bunu çox adam edə bilməzdi, uşaq dünyaya gətirə bilməzdi. Bunların hamısını dərk edərək başa düşürlər. Hər gün özlərinə söz verirlər ki, bu gün bu məsələni həll edəcək, o ana qədər hər şy yaxşıdır, amma o anda bunu icra edə bilmirlər. Niyə? Çünki, vaginizm insan beyninin şüuraltı hissəsinin problemidir. Şüurlu hissənin problemi olsaydı zatən bu problemi məntiqlə düşünərək həll edə bilərdilər. Vaginizm qızlar ailəlik müddətində dəfələrlə psixoloqlara, psixiatrlara, anestezioloqlara, ginekoloqlara və ağlınıza gələn hər yerə müraciət edərək düşdükləri vəziyyətdən çıxış yolları axtarırlar. Çox vaxt bu durumu evin böyüklərindən də gizlədirlər.

Evin böyükləri bildiyi halda isə toydan sonra bəyi mollaya ( problem ərdə deyil ki...), gəlini ginekoloqa aparırlar. Ginekoloq qıza venadaxili ağrısızlaşdırıcının köməyilə (anestezioloq tərəfindən həyata keçirilən) qızlıq pərdəsini çərtərək vagina girişini (uşaqlıq yolu girişini) genişləndirir. Və yaxud da psixiatrlar aylarla psixotrop dərmanlar təyin edir. Dərmanın təsiri ilə qadın yuxulu olduğu üçün nələr olduğunu dərk etmir və özündə olmadan cinsi əlaqədə iştirak edir. Amma dərmanın qəbulu dayandıqdan sonra ( təbii ki, belə dərmanları bir ömür boyu qəbul etmək mümkün deyil və cinsi əlaqə də şüurlu şəkildə baş verməlidir) qadın yenə də qorxularından dolayı cinsi əlaqədən imtina edir. Göstərilən müdaxilələrin heç biri vaginizmi yenməyə kömək edə bilmir. Nəticədə isə yeni ailə qurmuş gənclər arasında münasibətlər soyuyaraq boşanma ilə sonlanır. Heç kimə demədiklərinə görə boşanma səbəbi  "ər-arvad"  arasında sirr olaraq qalır.

 

Paylaş



Digər Ginekoloji Xidmətlər

  • Sonsuzluq (boru faktoru, uşaqlıqdaxili faktorlar, hormonal faktor və s.);
  • Hormonal pozğunluq (tüklənmə, polikistoz yumurtalıqlar, yumurtalıq kistaları və s.);
  • Hamiləliyin doğuşa qədər çatdırılması (patoloji);
  • Arxa və ön kolporrafiya (vaginanın daraldılması);
  • Kesar əməliyyatı;
  • Ginekoloji xəstəliklərin müalicəsi

Davamı »

Videolar

Vajinismus nədir

Facebookda biz

Bizimlə əlaqə

Vajinismus (Vaginizm) xəstəliyinin Azərbaycanda yeganə müalicə mərkəzi:
Dr. Günay Hacıyeva
Tel.: (+994 55) 988 4848
Email: info@vaginizm.az
Veb: www.vaginizm.az

Netty 2015 Winner