MƏQALƏLƏR

Vaginizm qadınlar hamilə qala bilirmi?

Vaginizm qadınlar hamilə qala bilirmi?

1-ci və 2-ci tip vaginizm qadınlar hamilə qala bilirlər. Ona görə ki, 1-ci tip vaginizm qadınlar zəhmətli və ağrılı şəkildə qismən cinsi əlaqəyə girə bilirlər. 2-ci tip vaginizm qadınlar yalnız cinsi orqanın toxunmasına icazə verə bildiklərinə görə spermanın vaginaya (uşaqlıq yoluna ) sızması mümkün olur və bunun da nəticəsində hamilə qala bilirlər. Hamilə qala bilən qadınlar körpələrini əməliyyat yolu ilə (Keysəriyə üsulu ilə) dünyaya gətirə bilirlər. Amma 3-cü tip vaginizmlər heç toxunmaya da icazə verə bilmədiklərinə görə hamilə qala bilmirlər və ömür boyu bakirə olaraq qalırlar.

Keçmişində vaginizm yaşamış qadınlar təbii yolla dünyaya uşaq gətirə bilməzlər. Ona görə ki, onun vaginası şüuraltı mərkəz tərəfindən travma almağa həssasdır. Vaginanın əvvəllər vaginizm olduğunu və travma almağa meylli olduğunu onun yadına salmamaq lazımdır. Təbii doğuş zamanı yarana biləcək gərginliklərə vaginanın reaksiyası kəskin yığılmanın ola biləcəyi ehtimalının gözlənməsi üçün doğulacaq körpənin həyatı təhlükəyə girə bilər və anada vaginizm problemləri təkrarən yarana bilər. Elə bu səbəbdən də vaginizm qadınların dünyaya uşaq gətirməsi Keysəriyə əməliyyatı vasitəsilə həyata keçirilməsi daha məqsədə uyğundur.

Dr. Günay Hacıyeva
Mama-ginekoloq

VAGİNİZMİN MÜASİR MÜALİCƏSİNDƏ 3 seansa möhtəşəm nəticəni əldə edirik.