Mama-ginekoloq
Vaginizmin müasir müalicəsi
(+99455) 988 4848

Vaginizmin qadına verdiyi fəsadlar nədir?

Vaginizmin qadına verdiyi fəsadlar nədir?

Vaginizmin qadına verdiyi fəsadlar nədir?Vaginizmin fəsadları qadına və ərinə öz mənfi təsirini göstərir. Belə ki, cütlər evliliyin ilk etaplarında cinsi əlaqənin mümkünsüzlüyünü adi hal kimi qəbul edirlər. Düşünürlər ki, bir-birlərinə uyğunlaşdıqca bu problem həll olunacaq. Əvvəllər boş baxdıqları bu problem sonra onların gündəlik əsas problemlərinə çevrilir. Qadınlarda (qızlarda) ilk vaxtlarda cinsi həvəs olur, ön sevişmə mərhələsində hər şey öz qaydasında olur. İlk vaxtlar cütlər əlaqədə olmağı  tez-tez sınayırlar. Amma müəyyən vaxt keçdikdən sonra həm qadında, həm də kişidə cinsi həvəs azalaraq əlaqədə olmağa heç cəhd də göstərmirlər. "Onsuz da bu dəfə də alınmayacaq" - deyə ruhdan düşürlər. Hər dəfə qarşılaşdıqları uğursuzluqlardan yaranan bədbinlik enerjisi onların bütün həyatlarına sirayət edir. Qadın sevərək evləndiyi və ailəsini bu duruma gətirdiyinə görə özünü "ərinin" qarşısında günahkar hiss etməyə başlayır. Bütün qadınlardan fərqli olduğunu düşünərək, özündə bir əksiyin olduğunu anlayır. Bu hisslər get-gedə dərinləşərək onu depressiyaya salır. Hətda onlar bu duyğularını belə ifadə edirlər : - Bu cür yaşamaqdan bezmişəm. Heç bilmirəm həyatda nə kimi yaşayıram. Qadın deyilem, kişi də deyiləm, uşaq da deyiləm, subay qız da deyiləm. Ən gözəl arzularımı itirmişəm. Bəs men nəyəm? Mən bitkiyəm...Sadəcə yaşayıram ...

Depressiv vəziyyət onu insanlardan uzaqlaşdırır. Qadınlar özünə qapanaraq tək qalmaq istəyirlər. İnsanların gözlərinə baxa bilməz hala gəlib çıxırlar. Elə bilirlər ki, hamı onun vaginizm olduğunu başa düşür, hamı onun bütün qadınlar kimi olmadığını , " yararsız " , " bacarıqsız " olduğunu anlayır. Bütün qadınlara həsəd aparmağa başlayır, özlərinin çox bədbəxt olduğunu düşünərək özünə nifrət etməyə başlayır, öz güvənlərini tamamilə itirirlər. Eləcə də daimi olaraq uğursuzluqla qarşılaşma, rədd olunma "ərin" də psixi durumunu dəyişərək cinsi zəifliyin ( impotensiya) yaranmasına yol açır. Vaginizm hər iki tərəfin psixi durumunda kobud izlərini qoyur. Vaginizmin verdiyi fəsadlar qadının həyatını (eləcə də kişinin) sözün əsl mənasında kabusa çevirir. Vaginizm onları cəmiyyətdə lazımsız hala gətirib çıxarır. Elə bir vəziyyətə gətirib çıxarır ki, düşdükləri burulğandan heç bir vasitə ilə çıxa bilmirlər, əksinə bu burulğan olnarı hər gün daha dərinlərə batırır.

Paylaş



Digər Ginekoloji Xidmətlər

  • Sonsuzluq (boru faktoru, uşaqlıqdaxili faktorlar, hormonal faktor və s.);
  • Hormonal pozğunluq (tüklənmə, polikistoz yumurtalıqlar, yumurtalıq kistaları və s.);
  • Hamiləliyin doğuşa qədər çatdırılması (patoloji);
  • Arxa və ön kolporrafiya (vaginanın daraldılması);
  • Kesar əməliyyatı;
  • Ginekoloji xəstəliklərin müalicəsi

Davamı »

Videolar

Vajinismus nədir

Facebookda biz

Bizimlə əlaqə

Vajinismus (Vaginizm) xəstəliyinin Azərbaycanda yeganə müalicə mərkəzi:
Dr. Günay Hacıyeva
Tel.: (+994 55) 988 4848
Email: info@vaginizm.az
Veb: www.vaginizm.az

Netty 2015 Winner