MƏQALƏLƏR

Vaginizmin 3 variantda özünü göstərir

Vaginizmin 3 variantda özünü göstərir

Üç tip vaginizm qadınlar vardır :

1-ci tip qadınlar qismən də olsa zəhmətli və ağrılı şəkildə cinsi əlaqəyə girə bilirlər. Bu zaman onlar hamilə qala bilir və əməliyyat yolu ilə (Kesarev üsulu) uşaq dünyaya gətirə bilirlər. Müalicə məqsədilə vaginaya çətin də olsa şam qoya bilir, müayinə məqsədilə ginekoloji masaya çıxa bilir, vaginal ultrasəs müayinəsində ola bilirlər.

Məsləhət : özləri vaginizmi yenə bilmirlərsə müalicə olunmalıdırlar.

2-ci tip qadınlar yalnız toxunmağa icazə verə bilirlər. Toxunmaya icazə verə bildiklərinə görə spermanın vaginaya sızması nəticəsində qadın hamilə qala bilir, amma cinsi həyat yaşaya bilmirlər. Bu zaman doğuş Kesarev üsulu ilə həyata keçirilməlidir. Belə qadınlar müalicə məqsədilə vaginaya şam qoya bilmir , müayinə məqsədilə ginekoloji masaya çıxa bilmir , vaginal ultrasəs müayinəsində ola bilmirlər.

Məsləhət : müalicə olunmalıdırlar.

3-cü tip "qadınlar" toxunmaya belə heç bir şəkildə icazə vermirlər. Bu cür qızlarımız illərlə bakirə olaraq qalırlar.

Məsləhət : müalicə olunmalıdırlar.

Dr. Günay Hacıyeva
Mama-ginekoloq

VAGİNİZMİN MÜASİR MÜALİCƏSİNDƏ 3 seansa möhtəşəm nəticəni əldə edirik.