Pasientlərimiz klinikadan ayrılarkən...

Vaginizm qızlar və qadınlar!
Bu xəstəliklə Siz tək deyilsiniz. Sizin kimi bu xəstəlikdən əziyyət çəkənlər çoxdur. Bunu klinikamıza müraciət edəndə görəcəksiniz və müalicə alan-sağalan pasientlərlə görüşüb danışa biləcəksiniz və öz təcrübələrinizlə vaginizmin vermiş olduğu fəsadları və onun müalicə sonrasını müzakirə edə biləcəksiniz. Vaginizm problemini yaşayan qızların/ qadınların sağlamlıq cəhətdən digər qadınlardan heç bir fərqliliyi yoxdur (belə qadınlar cinsi əlaqəyə girə bilmədikləri üçün özlərində bir əskikliyin olduğunu düşünür).  Xatırladım ki, Vaginizm – dəhşətli qorxular səbəbindən qadınların özlərindən asılı olmayaraq cinsi əlaqəyə girə bilməməsidir!  Bu zaman onlardan asılı olmayaraq vagina əzələlərində və ayaqlarda kəskin yığılma və sıxılma nəticəsində cinsi əlaqə baş tutmur. Bu hallar illərlə davam edir və profesional mütəxəssisin köməyi olmadan müalicə oluna bilmir.

Klinikamızda vaginizmin müalicəsi qısa zamanda müvəffəqiyyətlə həyata keçirilir. Pasientlərimiz klinikadan çox razı halda ayrılırlar. Evdə uğurla qarşılaşdıqdan sonra dəfələrlə zəng edərək, e-mail yazaraq öz təşəkkürlərini bildirirlər. Yeni gələn pasientlərimizin narahat olduğu suallardan əsası belədir: - Birdən məndə alınmasa? Birdən mən sağalmasam? Bu ümidsizlik dolu suallar bütün vaginizm pasientlərimiz tərəfindən verilir. Nəticə isə 3 seans (gün) sonra özünü ən yaxşı şəkildə doğruldur. Müalicə bitdikdən sonra evlərində uğurlu sonu gördükdə evliliklərini qurtardığım üçün mənim haqqımda xoş arzularını, təşəkkürlərini, çox sevindiklərini və çox xoşbəxt olduqlarını kağıza xatirə olaraq yazıb klinikamızdan ayrılırlar. Mən də çox sevinirəm onlara qadın xoşbəxtliyini yaşatdığım və sevindirə bildiyim üçün...