MƏQALƏLƏR

Cinsi əlaqə qorxusu - Vaginizm nədir?

Cinsi əlaqə qorxusu - Vaginizm nədir?

VAGİNİZM ( vajinismus) - cinsi əlaqə qorxusu olub (ilk gecə qorxusu, ağrılı cinsi əlaqə) qadınlarn özlərindən asılı olmayaraq əzələlərin (ayaq, çanaq dibi və s.) , eləcə də bütün bədənin ani şəkildə kəskin yığılması və sıxılması nəticəsində cinsi əlaqənin mümkün olmamasıdır. Vaginizm, qızların beyinlərində yaratmış olduqları qorxulardan ( qanama, şiddətli ağrı və s.) dolayı formalaşdırdıqları yalnış düşüncələrə inandıqları problemdir! Bu zaman qızlar cinsi əlaqəyə girməkdən imtina edərək şiddətli ağrıların olacağını və ya beynində formalaşdırdığı qorxunu səbəb kimi izah etməyə çalışırlar.

Belə qadınlar ailəli olsalar da illərlə bakirə olaraq qalırlar. Bir müddət özlərinə vaxt verirlər ki, bəlkə müəyyən müddətdən sonra onlar bir-birlərinə öyrəşərlər və bu problem öz-özünə həll olar. Hətda bilmirlər ki bu əlamətlər vaginizmin (vajinismus) əlamətləridir. İlləri illərə calayaraq həyatlarını vajinismusun verdiyi fəsadlara qurban verirlər.

Vajinismusun verdiyi fəsadlar isə qadının psixolojisini poza bildiyi qədər pozur. Onu insanlardan qaçmağa, özünə qapılmağa, hamıdan bədbəxt olduğunu düşünməyə vadar edir. Onlar bütün qadınlardan fərqli olduğunu - bir əskiyinin olduğunu düşünür, özünə güvəni itirir, depressiyaya düşür və sevərək ailə qurduğu həyat yoldaşından ayrılmağı özünə çıxış yolu tapır. Çox vaxt bu problemdən qaçmaq üçün "nahaq ailə qurdum" deyə özünü günahlandırır və hətta özlərinə qəsd etməyi də düşünənlər az deyil. Qadın xəyallarında canlandırdığı XOŞBƏXT AİLƏ TABLOSUNU bu vəziyyətə gətirib çıxatdığı üçün özünə nifrət edir... Həyat yoldaşının qarşısında günahkarlıq hissi onu rahat braxmır.

Bu hissləri və daha artıqlarını vajinismus yaşayan qadınlar daha yaxşı bilir...

İnamsız olsanız da 3 gününüzü vajinismusun müalicəsinə həsr edin. İnanın ki həyatınız dərhal 1-ci seansdan sonra dəyişəcək. Bir qadın olduğunuzu anlayacaqsınız!!!

Dr. Günay Hacıyeva
Mama-ginekoloq

VAGİNİZMİN MÜASİR MÜALİCƏSİNDƏ 3 seansa möhtəşəm nəticəni əldə edirik.