Mama-ginekoloq
Vaginizmin müasir müalicəsi
(+99455) 988 4848

"Hətta bir dəfə yoldaşıma dedim ki, əl-ayağımı bağlasın"

"6 ildir ki, evliyəm. Həyat yoldaşımla bir-birimizi sevib ailə qurmuşuq. Evlənmədən öncə ilk gecənin qorxulu olması haqda eşitmişdim. Toy gecəsi  münasibətdə olmağa çalışsaq da, alınmadı. Bu problemin bir neçə gün sonra düzələcəyini düşündük. Amma aylar illəri əvəzlədi.  Və biz bu müddət ərzində yoldaşımla cinsi əlaqədə ola bilmədik. Bu dərdi hamıdan gizlətdik. Sekslə məşğul olmaq istəyi həyatımın kabusuna dönüşdü. Axşamın olmasını heç istəmirdim. Bütün psixologiyam pozulmuşdu. Təsəvvür edin ki, eyni evdə 6 il dost kimi yaşamaq nədir?! Hamı  bizdən uşaq gözləyirdi”. "5 aydır ki, evliliyimiz davam edir. Evləndikdən 20 gün sonra ilk dəfə yoldaşımla münasibətdə ola bildik. Həmin günü həyatımın ən ağrılı günü  hesab edə...

Yazının davamı »

Cinsi əlaqə qorxusu - Vaginizm nədir? Cinsi əlaqə qorxusu - Vaginizm nədir?

VAGİNİZM ( vajinismus)  - cinsi əlaqə qorxusu olub (ilk gecə qorxusu, ağrılı cinsi əlaqə) qadınlarn  özlərindən asılı olmayaraq əzələlərin (ayaq, çanaq dibi və s.)  , eləcə də bütün bədənin ani şəkildə kəskin yığılması və sıxılması nəticəsində cinsi əlaqənin mümkün olmamasıdır. Vaginizm, qızların  beyinlərində yaratmış olduqları qorxulardan ( qanama, şiddətli ağrı və s.) dolayı formalaşdırdıqları yalnış düşüncələrə inandıqları problemdir! Bu zaman qızlar cinsi əlaqəyə girməkdən imtina edərək şiddətli ağrıların olacağını və ya beynində formalaşdırdığı qorxunu səbəb kimi izah etməyə çalışırlar. Belə qadınlar ailəli olsalar da illərlə bakirə olaraq qalırlar. Bir müddət özlərinə vaxt verirlər ki, bəlkə müəyyən...

Yazının davamı »

Ağrılı cinsi əlaqə və ya cinsi əlaqə qorxusu hansı qadınlarda rast gəlinir? Ağrılı cinsi əlaqə və ya cinsi əlaqə qorxusu hansı qadınlarda rast gəlinir?

Vaginizm qızların çoxu dini ailədə böyümüş, əxlaqi dəyərlərə aşırı dərəcədə önəm verən ailədə ciddi nəzarət altında böyüdülən , ali təhsil almış, dünya görüşlü və ənənəvi ailədə böyümüş qızlarda vaginizmə rast gəlinir. Bu qızların arasında cəmiyyətdə müəyyən yer tutmuş müəllimələr və həkimlər də az deyil. Qeyd etməliyəm ki, təcavüzə uğramış və ya təcavüzə şahid olmuş qızlarda ( əlbətdə ki , bizim ölkədə bu hallar demək olar ki yoxdur), bəzi hallarda uşaq yaşlarında ata- anasının cinsi əlaqəsinə şahid olmuş , ögey ata və qardaş yanında böyümüş qızlarda da vaginizm yarana bilir. Onlar ögey ata və qardaşından özünü qorumaq mövqeyində olduğuna görə şüuraltı olaraq özünü ərindən də qoruyur.  Söylənilənlərdən görünür ki, Vaginizm hər...

Yazının davamı »

Cinsi əlaqədə şiddətli ağrı... Cinsi əlaqədə şiddətli ağrı...

Vaginizm qızlar fikirlərini bu cür ifadə edir : - Dərk edirəm ki, cinsi əlaqə qorxulu deyil, qorxulu olsaydı bunu heç kim edə bilməzdi. Bilirəm ki, parçalanma da olmur. Amma nədənsə o qorxular məni o anda rahat buraxmır. Məndən asılı olmayaraq  çox qorxuram və ayaqlarımı yığıram. Özümlə bacara bilmirəm... Özümü o anda idarə edə bilmirəm... İstəməsəm də ağlayaraq yoldaşımı rədd edirəm. Amma halbuki, hər gün özümə söz verirəm ki, bu gün bu məsələni həll edəcəm, bu ağır yükdən azad  olacam. Bundan başqa onların digər qorxuları da olur: köpək, böcək, siçan, ilan, o cümlədən onlarda hündürlükdən qorxu, sudan ( hovuz, dəniz), dərinlikdən, qapalı yerlərdən, qaranlıqdan qorxu, insanlardan qorxmaq (elə düşünürlər ki insanlar...

Yazının davamı »

Vaginizmin yaranma səbəbləri... Vaginizmin yaranma səbəbləri...

Vaginizmin yaranmaının əsas səbəblərindən biri də qızların öz cinsi orqanlarını tanımamasıdır və hətda tanımağa cəhd göstərməməsidir. Onlar yuyunmağa belə qorxurlar, diksinirlər. Belə qızlarda "ağıllı qız sindromu " üstünlük təşkil edir. Onlar cinsi əlaqəni əxlaqsızlıq, iyrənclik, günah, ayıb sayaraq cinsi əlaqə haqda heç bir informasiya əldə etmək istəmirlər. Qızları olan anaların da burada rolu böyükdür. Analar əvvəlcədən  öz qızlarına  12 yaşına çatdığı zaman aybaşı olacağını, cinsi orqanlara gigiyenik qaydalarını öyrətməlidirlər ki, bu qızlar da cinsi orqan haqqında məlumat toplamağa açıq olsunlar. Əksinə olaraq valideynlərimiz iki qadın söhbət edəndə qızlarından onları tək qoymalarını istəyirlər. Bu düzgün deyil! Qızlarını...

Yazının davamı »

Digər Ginekoloji Xidmətlər

  • Sonsuzluq (boru faktoru, uşaqlıqdaxili faktorlar, hormonal faktor və s.);
  • Hormonal pozğunluq (tüklənmə, polikistoz yumurtalıqlar, yumurtalıq kistaları və s.);
  • Hamiləliyin doğuşa qədər çatdırılması (patoloji);
  • Arxa və ön kolporrafiya (vaginanın daraldılması);
  • Kesar əməliyyatı;
  • Ginekoloji xəstəliklərin müalicəsi

Davamı »

Videolar

Vajinismus nədir

Facebookda biz

Bizimlə əlaqə

Vajinismus (Vaginizm) xəstəliyinin Azərbaycanda yeganə müalicə mərkəzi:
Dr. Günay Hacıyeva
Tel.: (+994 55) 988 4848
Email: info@vaginizm.az
Veb: www.vaginizm.az

Netty 2015 Winner