HAQQIMIZDA

    Dr. Günay Hacıyeva
    Mama-ginekoloq

    Mama-ginekoloq Hacıyeva Günay Cahangir qızı 1975-ci ildə Sumqayıt şəhərində doğulmuş, 1982-1992 illərində Sumqayıt şəhərində orta məktəbi bitirmişdir.1992 və 1993 illərin hər birində ali məktəbə qəbul olmuş, Azərbaycan Tibb Universitetinin müalicə-işi fakültəsində oxumaq arzusu ilə könüllü olaraq universitetlərdən azad olmuşdur. 1994-cü ildə Nəriman Nərimanov adına Azərbaycan Tibb Universitetinin müalicə-işi fakültəsinə daxil olmuş və 2001-ci ildə bu fakültəni bitirmişdir.

    Ümumi Məlumat

    17 ildən çox iş təcrübəsi olan mama-ginekoloq Hacıyeva Günay Cahangir qızı çalışdığı müddət ərzində çox sayda xəstələrə şəfa vermiş, sonsuzluqla , hormonal pozğunluqla , hamilələrin doğuşa çatdırılmasını o cümlədən çox sayda vaginizm xəstələrini müalicə etmiş və onların doğuşunu həyata keçirmişdir. Hal-hazırda mama-ginekoloq Hacıyeva Günay Cahangir qızı Vaginizmin Müasir Müalicəsi, labioplastika, vaginanın daraldılması əməliyyatı (arxa və ön kolporrafiya) ,Kesar əməliyyatı , histeroskopik əməkiyyatlar , qadın sonsuzluğu ( uşaqlıqdaxilili faktorlar, uşaqlıq borusu faktorları), hormonal pozğunluq, ginekoloji xəstəliklərin müalicəsi, patoloji və normal hamiləliyin kontrolu, eləcədə doğuşa çatdırılması və s. ilə sizin xidmətinizdədir.

    Təhsili

    • 2001-2003 illərində:

      Mama-ginekoloq ixtisasını Rusiyanın Sankt Peterburq şəhərində yerləşən Diplomdansonrakı Tibb Akademiyasında almış və Leninqrad Vilayeti Xəstəxanasında (Ленинградская Областная Больница) patoloji hamiləlik üzrə staj keçmişdir.

    • 2009-cü ildə:

      Rusiyanın Sankt Peterburq şəhərində yerləşən Diplomdansonrakı Tibb Akademiyasının nəzdində olan bazalarda "Reproduktiv Endokrinologiya" kursu və "mama-ginekologiyada ultrasəs müayinəsi" - kursu

    • 2012-ci ildə:

      Bakı şəhərində "Endokrinologiya" - kursu , "Kolposkopiya" - kursu

    • 2013-cü ildə:

      "Hipnoz terapiyası" - trening , "Neyro Lingvistik Proqramlama" - trening

    • 2013-cü ildə:

      Türkiyə Cumhuriyyətində "İVF Programı" - kursu , "Vaginizm Müalicəsi" - treningi keçmişdir. Bundan başqa çox sayda seminarlarda, simpoziumlarda və konfranslarda iştirak etmişdir.

    Vaginizm Müalicəsi haqqında

    Dünya praktikasında vaginizmin müalicəsi Kegel çalışmaları, nəfəs çalışmaları, ayna çalışmaları, relax çalışmaları, barmaq çalışmaları, vaginal massajla həyata keçirilir. Bundan başqa 8-12 seans davam edən hər seans arasında 7-10 gün fasilələrlə çağırılan vaginizm pasientlərə ev tapşırıqları verilir və qadınlar evə verilən bu çalışmaları ərləri ilə birlikdə etmələri tövsiyə olunur. 8-12 seans 2-3 ay müddətdir. Və bu müddət ərzində verilən tapşırıqları ər-arvadın birlikdə eyni enerjiylə etməsi çox nadir olur. Bu qədər uzun və sıxıcı müalicəni 2-3 ay müddətində hər gün etmək böyük əzm tələb edir.

    Bizim həyata keçirdiyimiz bu üsulda isə müalicə çox qısa müddətdə tamamlanır və effekti bir ömür boyu davam edir. Belə ki, biz VAGİNİZMİN MÜASİR MÜALİCƏSİNDƏ 3 seansa möhtəşəm nəticəni əldə edirik. Seanslar arasında fasilə olmur. Vaginizmin Müasir Müalicəsində Hipnoterapiya, Neyro Lingvistik Proqramlama, Metaforlar, bilişsəl və davranışsal uygulamalar həyata keçirilir.

    Tanıtım Videosu



    Diplom və Sertifikatları