Mama-ginekoloq
Vaginizmin müasir müalicəsi
(+99455) 988 4848

Mama-ginekoloq Hacıyeva Günay Cahangir qızı 1975-ci ildə Sumqayıt şəhərində doğulmuş, 1982-1992 illərində Sumqayıt şəhərində orta məktəbi bitirmişdir.1992 və 1993 illərin hər birində ali məktəbə qəbul olmuş, Azərbaycan Tibb Universitetinin müalicə-işi fakültəsində oxumaq arzusu ilə könüllü olaraq universitetlərdən azad olmuşdur. 1994-cü ildə Nəriman Nərimanov adına Azərbaycan Tibb Universitetinin müalicə-işi fakültəsinə daxil olmuş və 2001-ci ildə bu fakültəni bitirmişdir.

2001-2003 illərində Mama-ginekoloq ixtisasını Rusiyanın Sankt Peterburq şəhərində yerləşən Diplomdansonrakı Tibb Akademiyasında almış və Leninqrad Vilayeti Xəstəxanasında (Ленинградская Областная Больница) patoloji hamiləlik üzrə staj keçmişdir. 2009-cü ildə Rusiyanın Sankt Peterburq şəhərində yerləşən Diplomdansonrakı Tibb Akademiyasının nəzdində olan bazalarda "Reproduktiv Endokrinologiya" kursu və "mama-ginekologiyada ultrasəs müayinəsi" - kursu, 2012-ci ildə Bakı şəhərində "Endokrinologiya" - kursu , "Kolposkopiya" - kursu , 2013-cü ildə "Hipnoz terapiyası" - trening , "Neyro Lingvistik Proqramlama" - trening , 2013-cü ildə Türkiyə Cumhuriyyətində "İVF Programı" - kursu , "Vaginizm Müalicəsi" - treningi keçmişdir. Bundan başqa çox sayda seminarlarda, simpoziumlarda və konfranslarda iştirak etmişdir.

15 ildən çox iş təcrübəsi olan mama-ginekoloq Hacıyeva Günay Cahangir qızı çalışdığı müddət ərzində çox sayda xəstələrə şəfa vermiş, sonsuzluqla , hormonal pozğunluqla , hamilələrin doğuşa çatdırılmasını o cümlədən çox sayda vaginizm xəstələrini müalicə etmiş və onların doğuşunu həyata keçirmişdir. Hal-hazırda mama-ginekoloq Hacıyeva Günay Cahangir qızı Vaginizmin Müasir Müalicəsi, labioplastika, vaginanın daraldılması əməliyyatı (arxa və ön kolporrafiya) ,Kesar əməliyyatı , histeroskopik əməkiyyatlar , qadın sonsuzluğu ( uşaqlıqdaxilili faktorlar, uşaqlıq borusu faktorları), hormonal pozğunluq, ginekoloji xəstəliklərin müalicəsi, patoloji və normal hamiləliyin kontrolu, eləcədə doğuşa çatdırılması və s. ilə sizin xidmətinizdədir.

 


   

 

   
   

 


   
   
   


 





 


Paylaş



Digər Ginekoloji Xidmətlər

  • Sonsuzluq (boru faktoru, uşaqlıqdaxili faktorlar, hormonal faktor və s.);
  • Hormonal pozğunluq (tüklənmə, polikistoz yumurtalıqlar, yumurtalıq kistaları və s.);
  • Hamiləliyin doğuşa qədər çatdırılması (patoloji);
  • Arxa və ön kolporrafiya (vaginanın daraldılması);
  • Kesar əməliyyatı;
  • Ginekoloji xəstəliklərin müalicəsi

Davamı »

Videolar

Vajinismus nədir

Facebookda biz

Bizimlə əlaqə

Vajinismus (Vaginizm) xəstəliyinin Azərbaycanda yeganə müalicə mərkəzi:
Dr. Günay Hacıyeva
Tel.: (+994 55) 988 4848
Email: info@vaginizm.az
Veb: www.vaginizm.az

Netty 2015 Winner